Şrift:
Fərəc Quliyev Soçi danışıqlarına münasibət bildirib (video)
25.07.2017 [12:18] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Azərbaycan və Rusiya prezidentləri arasında 21.07.2017 tarixində keçirilmiş Soçi danışıqlarına münasibət bildirib. Xəzər Xəbərə açıqlamasında Fərəc Quliyev Rusiyanın ən ağır vaxtlarında ona tətbiq edilən sanksiyalara Azərbaycanın qoşulmadığını xatırladaraq, deyib ki, Azərbaycan Rusiya münasibətlərinə xələl gətirən amillərin aradan qaldırılmasında Rusiya hökumətinin özü maraqlı olmalıdır. Partiya sədri, prezidentlərin şəxsi münasibətlərinin ölkələrarası münasibətlərdə özünü göstərdiyini vurğulayaraq, Soçi görüşündə Azərbaycan prezidentinin birbaşa mövqe nümayiş etdirdiyini yüksək qiymətləndirib və bunu ciddi bir diplomatik addım kimi dəyərləndirib.

Bununla bağlı Xəzər Xəbərin yayımladığı sujetin videosunu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 1151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed