Şrift:
TQDK Təhsil Nazirliyinin mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi üçün təqdim etdiyi maddi-texniki bazanı qəbul etməyib
14.05.2012 [14:18] - Xəbərlər, Bildiriş
TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, həmin baza imtahanların yaxşı keçirilməsinə təsir etmə qabiliyyətinə malik olmadığından qəbul edilməyib. TQDK sədri deyib ki, məzunların elektron məlumat bazası Komissiyaya mayın 4-də daxil olub: “O bazada da müəyyən problemlər vardı. Bu bazada olan şagirdlərin 93 faizi ilə bağlı məlumatlar dəqiq idi. Hazırda biz Rayon Təhsil Şöbələri ilə dəqiqləşmələri davam etdiririk. Bakı üzrə məlumat bazasında IX siniflər üzrə 98,8 faiz, XI siniflər üzrə isə 98,4 faiz məlumatlar öz əksini tapıb”.
TQDK sədri deyib ki, sabahdan başlayaraq paytaxt məktəblərinin buraxılış imtahanları ilə bağlı buraxılış vərəqələri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim ediləcək.
Bu xəbər oxucular tərəfindən 1291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed