15.09.2011 [19:45] - Siyasi partiyalar, Fərəc Quliyev
Azərbaycan Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Avronest Parlament Assambleyasının plenar sessiyasında çıxış etdi və bəyanat yaydı. Bəyanatın tam mətnini diqqətinizə çatdırırıq:
Azərbaycan Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc İbrahim oğlu Quliyevin
Əziz həmkarlarım, sovet imperiyasının dağılması və işğalda olan ölkələrin müstəqillik qazanmasının 20 illiyi ərəfəsində Avronest Parlament Assambleyasının plenar sessiyasının keçirilməsi böyük siyasi hadisədir. Bəşəriyyətin xərçəng xəstəliyi olan kommunizmin süqutu Yeni Dünya Düzənində demokratik dəyərlərin üstün vəziyyətə gəlməsi dinamizminə təkan verdi. Bu imperiyanın Şərqi Avropa ölkələrində - Polşada, Macarıstanda; Orta Asiyada – Qazaxıstanda, Özbəkistanda; Pribaltikada, Gürcüstanda, 20 yanvar 1990-cı ildə Azərbaycanda törətdiyi qanlı cinayətlər hansı mahiyyətli bəladan bəşəriyyətin xilas olduğunu göstərir. Ölüsü də zərər verən bu imperiya, Dnestryanı, Osetiya, Avxaziya, Qarabağ və sair kimi süni problemləri dinc Planetimizin – evimizin döşəmələri altına mina kimi döşəyərək tarixin səhnəsindən getmişdir.
Mən siqnator - Azərbaycanda müstəqillik aktını hazırlayan və ona səs verən deputat, həbsxanalar keçmiş siyasi məhbus kimi kommunizmə qarşı bizlərlə birlikdə çiyin-çiyinə mübarizə aparmış, imperiyanı çökdürmüş Avropanın, postsovet məkanının mübariz insanlarını bu böyük nailiyyətin 20 illiyi münasibəti ilə təbrik edirəm.
Cənubi Qafqazda və başqa münaqişə ocaqlarında – Qarabağ problemində işğalçı Ermənistan ilə, işğala məruz qalan Azərbaycan arasinda; Osetiya və Abxaziya məsələsində işğalçı ilə, işğala məruz qalan Gürcüstan arasında fərq qoymamaq yalnışdır. “Bu balans” siyasəti Rüsiyaya lazımdır, özü də münaqişənin bitməsi üçün yox, saxlanması üçün. Qarabağın, Osetiyanın, Abxaziyanın kimdə qalması yox, bu subyektlərdə problemin qalması Rusiyaya lazımdır. Ermənistan forpost dövlət olduğundan Azərbaycan torpaqlarının Ermənistanın işğalında qalması, Rusiyanın bölgədə qalmasına və hər iki respublikaya nəzarət və təsir etməyə görə lazımdır.
Rusiya Qarabağ probleminin barış şərtlərində ordusunun burada sülməramlı qüvvə kimi qalmasını dəfələrlə təklif edib. Rusiyanın “sülhpərvər missiyasının” Gürcüstan örnəyi hamının gözü qarşısındadır. Bir vaxtlar “Varşava Müqaviləsi” adlı blok adı altında Rusiya Şərqi Avropanı işğal altında saxladığı kimi, eyni missiyanı başqa adlar altında Cənubi Qafqazda tətbiq etməklə bölgəni və Qərbi, dinc dəyərləri və birgəyaşayış qaydalarını təhdid edir. Ona görə də; Avronest PA-nın proritetlərini, o cümlədən:
- “Dəyişən qonşuluğa Yeni cavab”a dair birgə sənəd nəzərə alınaraq;
- Avropa parlamentinin Avropa Qonşuluq Siyasətinin Şərq Ölçülərinə dair sənədi nəzərə alınaraq;
- BMT-nin dörd qətnaməsini ( 822; 853; 874; 884 ) nəzərə alaraq faktaraşdırıcı missiyanın yekun rəyindən sonra dərhal işğalçıların Azərbaycan və Gürcüstan ərazilərindən çıxarılması təmin edilməli;
- Avronest sülhməramlı qüvvələri təsis edilməli və bölgəyə göndərilmə mexanizmini özündə ehtiva edən sənəd qəbul olunmalıdır.
Bir daha hamınızı, xüsusən müstəmləkədən qurtulmuş ölkə təmsilçilərini Sovet imperiyasının dağılmasının 20 illiyi münasibəti ilə təbrik edirəm.

BƏYANATI

Bu xəbər oxucular tərəfindən 3482 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |