28.07.2017 [10:37] - Xəbərlər, DAVAMın yazıları
Cəmiyyətdə Mir Cəfər Bağırova müsbət yanaşanlarla, ona mənfi münasibət bəsləyənlər də var. Onunla bağlı arxivlərdə xeyli məlumatlar mövcuddur. O materialların bir qismi tədqiqatçılar tərəfindən üzə çaxarılıb. Ancaq güman edirəm ki, hələ gün işığına çıxarılmayan bir sıra sənədlər hələ də mövcuddur. Araşdırılıb üzə çıxarılan sənədlərdən biri də M.C.Bağırovun ən ağır cəza aldıqdan sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinə yazdığı ərizəsidir. Açığı, Mir Cəfər Bağırov kimi bir şəxsin belə məktub yazmasına inanmaq olmur. Çünki o yaxşı bilirdi ki, illərlə qulluqçusu olduğu sistem necə və hansı üslubla işləyir. Onu da yaxşı bilirdi ki, buradan geriyə dönüş yoxdur. O səbəbdən də şəxsiyyətinə kölgə salacaq bir ərizə - məktubu yazaraq tarixə bu cür düşmək istəməzdi. Böyük ehtimalla onun adından yaza bilərdilər. Məktubun sonunda bu ehtimala haqq qazandıracaq bir cümlə də mövcuddur. Orada deyilir: “Bu ərizəni səhhətim pis olduğundan vəkil V.N.Qavrilova diktə etmişəm”. Bütün bunlara baxmayaraq tarixdə bu məktub Mir Cəfər Bağırovun adı ilə bağlıdır, özü yazsa da, yazmasa da.
Beləliklə, Adıgözəl Məmmədovun araşdırmalarından əldə etdiyimiz məhkum olunmuş M.C.Bağırovun SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Y.Voroşilova 1956-cı il mayın 4-də yazdığı ərizəni təqdim edirik:
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinə
Ən ağır cəzaya məhkum olunmuş
M.C.Bağırovdan
ƏRİZƏ
1935-1940-cı illərdə Azərbaycan SSR-də mənim tərəfimdən edilən cinayətlər, kütləvi həbslər və sovet vətəndaşlarının repressiyaları, indi bəraət qazananlar, bir çox köhnə kommunistlərin, respublika partiya-sovet işçilərinin, bir çox rəhbər işçilərin güllələnməsi, ən alçaq, iyrənc işlərdən sonra sizdən xahiş edirəm ki, mənim qalan ömrümü bağışlayasınız. Etdiyim cinayətlərin bir hissəsi də kifayətdir ki, mən ən yüksək dərəcədə cəzalandırılım. Hökmün mənə aid olan cəza hissəsi, hesab edirəm ki, düzgündür.
Lakin həyatdan gedərkən, etmədiyim cinayətlərin yükünü üzərimə götürmək istəmirəm. Mən 1921-ci ildən başlayaraq və təxribatçı Beriyanın həbsinə qədər onu nəinki ifşa etmədim, hətta ona məsuliyyətdən gizlənməyə imkan yaratdım. Bu cinayət gecə də, gündüz də mənə əzab verir. Mən Sovet dövlətinin düşməni olan Beriyanın nə fəal, nə yaxın, nə uzaq, nə də passiv cinayət yoldaşı olmamışam. Nə vaxt və hansı şəraitdə Beriya Stalinin etibarını qazana bildi və ona xüsusən yaxın ola bildi - mən həmin vaxt Zaqafqaziyada olmamışam, ona görə məlumatım yoxdur, çünki mən Moskvada oxuyurdum. Stalin istəmirdi ki, Zaqafqaziyada ondan başqa kiminsə adı olsun. Bu şərait Zaqafqaziyada ən yaxşı insanların təqib olunmasına gətirib çıxardı. Beriyaya aid nə var idisə, Stalin dəqiq bilirdi, ancaq o, onu hamıdan üstün qiymətləndirirdi. Beriyanı SSRİ DİN-ə təyin edəndə Stalin ona demişdi: “Mən istəyirəm ki, SSRİ DİN-də mənim adamım olsun” və öz rəsmini imzası ilə ən yaxşı dostu kimi ona vermişdi. Həbslərlə bağlı bir sıra məsələlər üzrə Stalinin telefon göstərişləri, indi mənə aydın olur ki, onun danlaqları vaxtında xəbər vermədiyimə görəydi, bunlar artıq ona məlum idi.
Mənim keçmişim barədə Beriya tərəfindən gizlədiləsi bir şey olmayıb: Müsavat hökumətinin dövründə mən Azərbaycanda olmamışam və 1918-ci ilin iyunundan 1921-ci il fevralına qədər mən Qızıl orduda olmuşam. 1917-ci ildə Müvəqqəti hökumətin dövründə Qəza komissarlığında işləyirdim, bunu mən heç vaxt gizlətməmişəm. Vətəndaş müharibəsi illərində və ondan qabaq quldur və talançı olmamışam.
Bütün mənim ağır cinayətlərim kütləvi repressiya illərində olub, mən qətiyyətlə bütün məsuliyyətimlə bəyan edirəm ki, hökmdə adları çəkilən şəxsləri: H.Rəhmanovu, Ostaşkonu, Novruzovu, Levkopulonu və başqalarını istintaq etmişəm, şəxsən döyülmələrində isə iştirak etməmişəm və mənim iştirakımla heç kimi döyməyiblər.
Həyatla vidalaşarkən sizə demək istəyirəm ki, ağır cinayətlər etsəm də, heç vaxt Kommunist Partiyasının və sovet xalqının düşməni olmamışam, Sovet dövlətinin maraqlarına xəyanət etməmışəm, Sosialist Vətənimizin xaini olmamışam.
Bu ərizəni səhhətim pis olduğundan vəkil V.N.Qavrilova diktə etmişəm.
M.C. Bağırov (İmza çox çətinliklə oxunur).
4.V. 1956-cı il”
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 835 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |