15.05.2012 [12:19] - Xəbərlər
"Eurovision 2012" mahnı müsabiqəsinə gələn şəxslərin yerləşdirilməsi üçün gəmilər də ayrılıb. Bunu çərşənbə axşamı Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, bu məqsədlə üç gəmi ayrılıb.
"Həmin gəmilər sahildə - Yaxta Klubunun yanında dayanıb. Gəmilərdə kifayət qədər sayda qonaq yerləşdirmək mümkün olar. Hər gəmidə ən azı 100 nəfər yerləşdirmək mümkündür", - Bağırov əlavə edib.
AzTA sədri "Eurovision 2012" müsabiqəsinə gələn rəsmi nümayəndə heyətlərinin mehmanxanalarda yerləşdirilməsi prosesinin normal getdiyini deyib. O, bildirib ki, indiyədək mehmanxanalarda 5000-ə yaxın qonaq yerləşdirilib. Qonaqların yerləşdirilməsi üçün kifayət qədər əlavə yerlər də qalıb.
"Rəsmi nümayəndələrin demək olar ki, böyük hissəsi yerləşib. Hər şey normal qaydada, heç bir problem olmadan həyata keçirilir", - Bağırov əlavə edib.
O qeyd edib ki, mayın 13-dən etibarən rəsmi nümayəndələr üçün turlar da təşkil olunur. Bu gün bəzi rəsmi nümayəndələr Bakı-Şamaxı-Qəbələ marşrutu üzrə yola çıxıblar.
Qonaqların hamısının onlara göstərilən diqqət və xidmətdən razı olduğunu deyən AzTA sədrinin sözlərinə görə, qonaqlar üçün həm də gündə 2 dəfə Qobustana, gündə 2 dəfə Abşerona, gündə 1 dəfə isə Bakı-Şamaxı-Qəbələyə turlar təşkil olunur.
Bağırov bələdçilərlə bağlı problemin olmadığını qeyd edib. O bildirib ki, "Eurovision"a gəlmiş qonaqlara xidmət göstərmək üçün kifayət qədər bələdçi var.
"Mədəniyyət və Turizm Nazirliyinin treninqlərindən keçmiş və sertifikat almış bələdçilər var. Yalnız AzTA tərəfindən bu tədbirlərə 20-30 bələdçi cəlb olunub", - o, qeyd edib.

Bu xəbər oxucular tərəfindən 948 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |