01.08.2017 [10:12] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Belə məsələlərdə Saakaşvili və onun kimi liderlərə dəstək olmalıyıq”
Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamkinin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə vətəndaşlıq verilməsi ilə bağlı təklifi Azərbaycanda da gündəm olub. Sabiq prezidentə rəsmi Bakının belə bir təklif etməsinin həm müsbət, həm də mənfi tərəflərinin olacağı ilə bağlı ən müxtəlif fikirlər irəli sürülür.
İlk növbədə, vaxtilə Qərbin dəstəyi ilə hakimiyyətə gələn, prezidentliyi dönəmində Rusiya ilə düşmən münasibətlərində olan, daha çox bu səbəbdən iqtidarını itirən bir şəxsə belə bir şansın verilməsinin şimal qonşumuz tərəfindən qıcıq oyadacağı və bunun Azərbaycan üçün təhlükələr yarada biləcəyi ehtimal olunur. Burada Azərbaycan-Gürcüstan əlaqələrinə də ciddi önəm verilməsinin vacibliyi vurğulanır. Həmçinin Qərb dairələrinin dəstəyini alma baxımından Saakaşviliyə bu cür təklifin müsbət nəticələr verə biləcəyindən söz açılır.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, Azərbaycan Gürcüstanın keçmiş prezidentinə qarşı bu addımı ata bilər: “Saakaşvili böyük demokratdır. Hesab edirəm ki, demokratik dəyərləri üstün vəziyyətə gətirməkdə maraqlı olan bütün ölkələr Saakaşvili kimi birisinin onların vətəndaşlığını qəbul etməsini şərəf hissi sayar. Latviya kimi postsovet ölkələrinin Saakaşviliyə münasibətləri təsadüfi deyil.
Çünki uzun illər rus imperiyasına qarşı mübarizə aparıblar. Saakaşvili də Gürcüstanın Rusiya caynağından çıxması üçün mübarizə aparıb və buna nail olub. Süni münaqişələr yaratmaq istəyən ölkələrin ona münasibəti xoş deyil. Saakaşvili ölkəsini Rusiya təsirindən azad etmək istəyinə nail olan bir şəxsdir. Ona olan münasibət Gürcüstan başda olmaqla, digər dövlətlərdə qıcıq oyatmamalıdır. Saakaşvili bütün şüurlu həyatını Gürcüstan üçün sərf edib. O, ölkəsinin ərazi bütövlüyünü təmin etmək üçün savaş açdı, dövlətinin mənafeyini hər şeydən üstün tutdu. Bu gün Azərbaycan və digər ölkələr ona qucaq açarlarsa, bu ancaq müsbət qarşılanmalıdır. İnanmıram ki, bu gürcü xalqı tərəfindən də mənfi qarşılansın. Çünki Saakaşvili xalqına bağlı bir liderdir. Gürcüstanın mövcud durumunun bu vəziyyətə gəlib çatmasında onun misilsiz xidmətləri var. Ölkəsinin demokratik imicinin formalaşmasında, onun inkişaf etməsində, Qərbə inteqrasiyasında, bir millət olaraq şərəf və ləyaqətinin üstün tutulmasında Saakaşvilinin rolunu necə unutmaq olar? Təbii ki, hər bir ölkə atdığı addımlarda öncəliklə özünün maraqlarını öndə tutur. İstər-istəməz hər bir dövlət digər dövlətlərlə münasibətlərinə kölgə düşməsini istəmir”.
Deputat bu məsələdəki Rusiya amilinə də toxundu: “İstənilən postsovet ölkəsi Saakaşviliyə olan münasibətində öncəliklə Rusiya amilini nəzərə alır. Hesab edirəm ki, Rusiya tərəfindən ərazilərində münaqişələr yaradılmış ölkələr bu məsələdə ortaq siyasət yürütməlidirlər. Rusiyaya qarşı mübarizədə fədakarlıq edən, qəhrəmanlıq nümayiş etdirən istənilən şəxsə qarşı bu dövlətlər ortaq davranmalıdır. Sirr deyil ki, Rusiya bu dövlətləri daim basqı altında saxlayır. Saakaşvili kimi insanları didərgin salmaqla, sıxışdırmaqla rəsmi Moskva o mesajı verir ki, kim bizə qarşı onun kimi davranarsa, aqibəti onun kimi olacaq. Bu baxımdan, bu ölkələr örnək ortaya qoymalıdırlar ki, kim Rusiyaya qarşı mübarizə aparırsa, ərazi bütövlüyü savaşı açırsa, belə insanlara sahib çıxılmalıdır. Belə məsələlərdə Saakaşvili və onun kimi liderlərə dəstək verilməlidir”.
Cavanşir ABBASLI

Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |