Şrift:
Atasının Cəlil Məmmədquluzadəyə məktubu - Kefim çox yaxşıdır, alış-veriş yaxşı keçir
01.08.2017 [10:32] - Xəbərlər, DAVAMın yazıları
Məşhurların atalarının övladlarına məktubları var və biz də bəzilərindən məlumatlıyıq. Hətta bu kimi məktublardan qarşımıza çıxanlarını yayınlamışıq. Məsələn, Mirzə Fətəli Axundov oğlu Rəşid bəy Axundova tələbə olarkən yazdıqları məktubu və s. göstərmək olar. Yəni, deməyim odur ki, belə məktublarımız mövcuddur. Təqdim edəcəyimiz növbəti məktub isə Cəlil Məmmədquluzadənin atası Məşədi Məmmədqulunun (Məmmədqulu Məşədi Hüseynqulu oğlu) 1904-cü ilin martında oğluna yazdığı məktubdur. Enter.News bu kiçik həcmli məktubu təqdim edir:

“Mirzə Cəlil, nuri-çeşmim, ümidim, yavərim, köməyim!

Nuri-çeşmim!

Bacın qara libası əyninə geysin. Gələn qurban bayramına kimi mərhum Nazlı xanıma təziyə hesabında biz təziyə tutduq. Və bu qərar ilə ilaxır çərşənbədə vilayət kiçik və büzürg öz evində geniş (yedilər) və plov bişirdilər. Nuri-çeşmim, şadyanalıq elədilər. Barı biz plov bişirmədik və geniş olmadıq. Nuri-didə, mən özüm naxoş oldum. Böyük çillədə 25 gün evdə yatdım. Xərcim olmadı, çox korluq oldu. Hacı Məhəmməd dayıoğlun özü 30 manat pul verdi. Allah ondan razı olsun, bizə çox köməyi oldu. İndi kefim çox yaxşıdır və alış-veriş yaxşı keçir.

Bir qədər mayam azdır və heç naxoşluq məndə qalmayıb.

...Nuri-didə, Allah səni qürbətdə səlamət eləsin və səni bizlərə çox görməsin. Və bir də yaz görək öz əhvalından. Tiflisdə həmişə qalmalısan, ya İrəvana qayıdacaqsan.

Məşədi Məmmədqulu.

mart 1904-cü il”.

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed