Şrift:
Bakıda “Musiqi və Xalq sənəti həftəsi” sərgisi keçiriləcək
15.05.2012 [13:46] - Mədəniyyət
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi 21 – 27 may tarixlərində Filarmoniya bağında “Musiqi və Xalq sənəti həftəsi” adlı xalq və estrada musiqisi ifaçılarının konserti və əl işlərindən ibarət sərgilər təşkili edəcək. Məlumata görə, sərginin təşkilində məqsəd Bakı şəhərində keçiriləcək 57-ci “Eurovision-2012” Mahnı Müsabiqəsi zamanı xarici qonaqlara və turistlərə Azərbaycanın tarixi və mədəni irsi, zəngin mədəniyyəti və digər sahələr haqqında məlumatların çatdırılması və müvafiq xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.

Hər gün səhər saat 11.00-dan başlayaraq 21.00-a qədər davam edəcək sərgilərdə dekorativ-tətbiqi sənət nümunələrindən xalçaçılıq, toxunma qrafika, ağac, metal, daş üzərində oyma, dulusçuluq, bədii tikmə, mil və qarmaqla toxuma üzrə xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək.

Sərgilərlə yanaşı hər gün axşam saat 18.00-da Bakı sakinləri və şəhərimizin qonaqları üçün konsertlər də təşkil olunacaq.

Konsertlərin keçirilmə vaxtları belədir :

21 may - Azərbaycan Xalq musiqisi günü
22 may – Klassik və caz musiqisi
23 may – Azərbaycan milli və dünya xalqlarının rəqsləri
24 may – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəfəs
musiqi alətləri orkestri
25 may - Azərbaycan Estrada musiqisi
26 may – “Bəyaz gecələr” instrumental ansamblının konserti
27 may – “Bakı gecələri” estrada orkestrinin konserti
Bu xəbər oxucular tərəfindən 1256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed