15.05.2012 [14:29] - Güney Azərbaycan xəbərləri
Urmu Gölünün qurudulması siyasəti davam etdikdə, ona qarşı fəaliyyətlərdə davam etməkdədir.İran rejimindən dəstək yerinə zərbə alan Urmu Gölü yalnız və yalnız azərbaycanlıların qayğısı hesabına yaşaya bilər. Bununla bağlı Uzun müddətdir Güney Azərbaycanın kütləvi informasiya vasitələri həyəcan təbili çalır, Azərbaycan şəhərlərində kütləvi etirazlar keçirilir və bəyanatlar yayılır. Xarici ölkələrdə də aksiyalar keçirilib və hətta xarici medianin diqqət mərkəzinə də düşüb. Lakin İran rejimi hələ ki bu səslərin heç birini eşitməyib.Aşağıdakı şəkil bu çağırışlardan daha biridir. Güney azərbaycanlı öyrəncilər, üzərinə Urmu Gölünün rəsmi çəkilmiş futbolkalar (tişert) geyməklə hər kəsin diqqətini bu mövzuya çəkmək istəyiblər.
Bu xəbər oxucular tərəfindən 1153 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |