Şrift:
Dövlət qulluqçuları 5 ildən bir imtahan verəcək
02.08.2017 [10:27] - Bildiriş
Dövlət qulluğunda işləyən şəxslər hər 5 ildən bir yenidən imtahan verməli olacaqlar. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Dövlət qulluğuna qəbulla bağlı imtahanda iştirak edərək işə qəbul olunan şəxslərə sertifikat verilir: “Beş ildən sonra həmin sertifikatın hüquqi qüvvəsi itir. Buna görə də onlar yenidən imtahanda iştirak etməli olacaqlar”.

M.Abbaszadə qeyd edib ki, DİM dövlət qulluğuna qəbul üçün elan etdiyi ilk daxili müsahibənin nəticələrini dövlət qulluğuna göndərib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul üçün bundan başqa ümumi müsahibə də elan edilib: “Ümumi müsahibədə dövlət qulluqçusu statusu olan və ehtiyat kadr bazasına daxil olan şəxslər iştirak edə bilərlər. Ümumi müsahibənin keçirilməsi üçün bizə 41 dövlət təşkilatı müraciət etmişdi. Artıq ümumi müsahibədə iştirak etmək istəyənlər üçün sənəd qəbuluna başlanılıb. Bu proses təxminən 20 gün aparılacaq. Daha sonra ümumi müsahibənin aparılma cədvəli elan olunacaq”.

M.Abbaszadə əlavə edib ki, dövlət qulluğuna qəbul üçün oktyabrda yeni növ test imtahanının keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed