02.08.2017 [10:29] - Sağlıq
Koksaki adlanan virus Türkiyənin bəzi ərazilərində uşaqlar arasında kütləvi şəkildə yayılıb.
Bu virus hava damcı yolu ilə yayılır. Ehtimal olunur ki, xəstəlik Türkiyəyə səfər edən azərbaycanlılar vasitəsilə ölkəmizə gətirilə bilər.
Turizm Assosiasiyasının müşaviri Müzəffər Ağakərimov deyir ki, indiyədək bu xəstəliklə bağlı turizm şirkətlərinə müraciət olunmayıb. Eyni zamanda bilet qaytarma kimi hallar da baş verməyib.
Sağlamlıq və termal turizminə dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyevin sözlərinə görə, epidemiya, terror, virusla bağlı vəziyyətlərdə müvafiq qurumlar məktublar yollayır. Lakin indiyədək bu məsələlərlə bağlı həmin qurumlardan rəsmi məktub gəlmir.
Virusun təhlükəli cəhəti ondan ibarətdir ki, həm də qida yolu ilə də yayılır. Bu isə mədə-bağırsaq və beyin damarlarının zədələnməsi ilə nəticələnir. Xəstəlik qızdırma, səpki və s kimi əlamətlərlə özünü büruzə verir. Uşaqların bu xəstəliyə yoluxma riski daha yüksəkdir.
Azərbaycanda bu xəstəliyə rast gəlinməyib.

Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |