15.05.2012 [16:21] - Güney Azərbaycan xəbərləri
Bu gün səhər saatlarında İranda nüvə alimi Məsud Əliməhəmmədinin öldürülməsində günahkar sayılan “İsrail casusu” Məcid Cəmali Fəşi edam edilib.
“Associated-Press” agentliyinin verdiyi məlumata görə, 2010-cu ilin yanvarında (January) Tehranın mərkəzində Məsud Əliməhəmmədinin olduğu avtomobilin yanında minalanmış motosiklet partladılıb. İddialara görə 24 yaşlı İran vətəndaşı Məcid Cəmali Fəşi sorğu zamanı digər qətlləri də planlaşdırdığını, ancaq sonradan bu planlardan imtina etdiyini bildirib. Məsələn, o, fizik Məcid Şahriarini öldürmək istəməyib, ancaq bu alim də sonradan öldürülüb. Məcid Cəmali Fəşi Masud Əliməhəmmədini İsrail xüsusi xidmət orqanı “Mossad”-ın tapşırığı ilə öldürdüyünü söyləyib. O, bu qətl üçün israillilərin 50 min dollar vəd etdiklərini, lakin bu vəsaitin yarısını ödədiklərini dilə gətirib.

Bu xəbər oxucular tərəfindən 1378 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |