15.05.2012 [16:22] - Xəbərlər, Mədəniyyət
Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva ilə birgə çıxış edəcək.
Təmsilçimizin “piar”ı ilə məşğul olan “EuroGroup”dan verilən məlumata görə, “Eurovision” mahnı müsabiqəsindəki təmsilçimiz Səbinə Babayevanın çıxışında yenilik var. Yeniliyə əsasən, muğam ustadı Alim Qasımov Səbinə ilə birlikdə “Eurovision-2012”nin finalında çıxış edəcək.
Alim Qasımovun unikal səsi ona dünyanın hər bir tərəfindən fanatlar qazandırıb. Bunların arasında İslandiya müğənnisi Byork da var. O, Alim Qasımovun onun “ən sevimli ifaçısı” olduğunu deyir. Alim Qasımovun ifası Səbinəyə Azərbaycan musiqisinin maraqlı elementlərini təqdim etməyə kömək edəcək. Alim Qasımov Səbinənin çıxışında xüsusi parça ifa edəcək və tamaşaçılara ənənəvi Azərbaycan musiqisinin elementlərini təqdim edəcək.
“Bizim fikrimiz “Eurovision” tamaşaçılarına, xüsusi ilə də gənclərə Azərbaycanın əfsanəvi muğamını təqdim etməkdir. Ümidvarıq ki bu, bizə yaxın zamanda böyük şöhrət gətirəcək”, - deyə Alim Qasımov bildirib.
Azərbaycanın “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva səhnədə Alim Qasımovla birgə çıxış etməsini özü üçün böyük şərəf adlandırıb: “Azərbaycanın ən böyük ifaçılarından biri ilə çıxış etmək mənim üçün böyük şərəfdir. “Eurovision” səhnəsini Alim Qasımvla bölüşdüyümə görə çox xoşbəxtəm. Əminəm ki, biz birlikdə möhtəşəm bir ifa yarada bilərik. Bu, bütün dünyaya bizim xüsusi musiqi mədəniyyətimi göstərmək üçün bir şansdır. Ümid edirəm ki bu, Azərbaycan üçün böyük bir məqam olacaq”.

Bu xəbər oxucular tərəfindən 1354 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |