15.10.2011 [14:50] - Xəbərlər
Azərbaycanda polis əməkdaşı narkotik vasitə satarkən tutulub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Daxili Təhqiqatlar İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Müşfiq Əkbərov 6,283 qram heroini satarkən saxlanıb.
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |