05.08.2017 [11:28] - Xəbərlər, DAVAMın yazıları
09.01.2017 tarixindən başlayaraq 1918-ci ildən bu günə kimi olan Azərbaycanın Baş nazirləri – hər bir Baş nazir haqqında geniş və təhlil yazıları təqdim etdik. 08.07.2017 tarixindən etibarən isə Enter.News 1918-ci ildən bu günə kimi olan Xarici İşlər nazirlərimiz haqqında yazını təqdim edir. Sovet Azərbaycanının üçüncü arici İşlər naziri 1943-cü il noyabrından 1944-cü ilin sentyabrına qədər Xarici İşlər nazir və 1944-cü ildən, 1958-ci ilə kimi SSRİ xalq xarici işlər komissarının müavini olan Mahmud İsmayıl oğlu Əliyev barəsindədir.
Qeyd edək ki, Sovet Azərbaycanının ilk Xarici İşlər naziri Nəriman Nərimanov olmuşdur. N.Nərimanov haqqında kifayət qədər məlumatlar yayınladığımızdan onu barəsində olan yazını təkarar vermədən növbəti nazirin dosyesini təqdim edirik:
Azərbaycanın dördüncü Xarici İşlər naziri haqqında bu linkdən oxuyun
Azərbaycanın görkəmli diplomatlarından söz düşdükdə Mahmud Əliyevin adı böyük hörmətlə çəkilir.
Mahmud İsmayıl oğlu Əliyev 1908-cici ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1926-cı ildə Bakıda orta məktəbi, 1931-ci ildə isə Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsini bitirmiş, gənc həkim kimi hökumət tərəfindən əlaçılar sırasında Azərbaycan rayonlarına işə göndərilmişdir. 1931-1936-cı illərdə Kəlbəcər və Cəbrayıl rayonlarında poliklinika müdiri, rayon xəstəxanasının baş həkimi, rayon səhiyyə şöbəsinin müdiri və s. vəzifələrdə çalışmış və özünü bacarıqlı həkim, səhiyyə təşkilatçısı kimi göstərmişdir. Cəbrayıl rayonunda dörd il işlədiyi müddətdə Rayon İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdur.
1932-ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi sərhəd qoşunlarının birində həkim işləmişdir.
1936-cı ildə Xalq Səhiyyə Komissarlığının qərarı ilə elmi iş üçün rayondan çağırılmışdır.
1936-1938-ci illərdə Azərbaycan Tibb İnstitutunun aspiranturasında oxumuş, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı tibbi təhsil, elm və ali məktəb idarəsinin rəisi, Bakı səhiyyə şöbəsinin müdiri olmuşdur. 1937-ci ildə Naxçıvan MSSR Naxçıvan rayonundan SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə İttifaq Sovetinə deputat seçilmişdir.
1938-1943-cü illərdə M.Əliyev Azərbaycan Tibb İnstitutunun rəhbəri işləmişdir. O, bu vəzifədə elmi-tədqiqat, tələbələr arasında tərbiyə işinin və təhsilin keyfiyyətinin yüksəlməsi sahəsinə böyük diqqət vermişdir.
M.Əliyev 1943-1944-cü illərdə Azərbaycan K(b)P MK-nın ali və orta məktəblər şöbəsinə başçılıq etmiş və SSRİ xalq xarici işlər komissarının müavini vəzifəsində işləmişdir.
1944-cü il yanvarın 28-dən fevralın 1-dək keçirilmiş SSRİ Ali Sovetinin X sessiyasının qəbul etdiyi qanunlara əsasən xarici dövlətlərlə bilavasitə əlaqə saxlamaq, beynəlxalq əlaqələri daha da genişləndirmək və artırmaq məqsədi ilə müttəfiq respublikalarda Xalq Xarici İşlər Komissarlıqları təşkil edilməyə başlandı. Bu dövrdə Azərbaycan Xalq Xarici İşlər Komissarlığı yaradılmış və onun ilk komissarı M.Əliyev təyin edilmişdir. M.Əliyev ömrünün son gününə kimi Azərbaycan SSR xarici işlər naziri vəzifəsində çalışmışdır. O, bu vəzifədə Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi kimi bir sıra ölkələrlə iqtisadi və mədəni əlaqələrin yaradılmasında, beynəlxalq toplantı və müşavirələrdə SSRİ nümayəndə heyətlərinin tərkibində iştirak etmişdir.
Lakin bu illərdə Xarici İşlər Nazirliyi yalnız formal olaraq fəaliyyət göstərmiş, demək olar ki, real səlahiyyətləri olmamışdır.
M.Əliyev Azərbaycan xarici işlər naziri olmaqla yanaşı 1950-1953-cü illərdə Azərbaycan SSR səhiyyə naziri, 1953-1958-ci illərdə isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru olmuşdur. O, Azərbaycanda səhiyyə işinin təşkili, yeni-yeni xəstəxana, poliklinika və s. səhiyyə ocaqlarının açılması, onların bilikli və bacarıqlı kadrlarla təmin edilməsi və gənc həkimlərin bilik və təcrübəsinin artırılması sahəsində xeyli iş görmüşdür.
M.Əliyev tutduğu vəzifədən asılı olmayaraq xalqına namusla, vicdanla və təmənnasız xidmət etmiş, bütün bilik və bacarığını, qüvvəsini Azərbaycanın daha da tərəqqisi və səadəti üçün sərf etmişdir.
Özünü bacarıqlı, mədəni və qayğıkeş rəhbər kimi göstərmişdir.
M.Əliyev xidmətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni, iki dəfə Şərəf nişanı ordeni və müxtəlif medallarla təltif edilmişdir.
Ona eyni zamanda Fövqəladə və Səlahiyyətli səfir dərəcəsi və Azərbaycanın əməkdar həkimi fəxri adı verilmişdir.
M.Əliyev SSRİ Ali Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı, plenum, konfrans, qurultay və sessiyaların nümayəndəsi olmuşdur.
M.Əliyev 1958-ci il sentyabrın 24-də Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir.
P.S. Yazı tarix elmləri doktoru, professor Musa Qasımlının və Elmira Hüseynovanın həmmüəllifi olduqları “Azərbaycanın Xarici işlər nazirləri” kitabından götürülüb.

Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |