07.08.2017 [10:43] - Xəbərlər, DAVAMın yazıları
Tarixdə buna bənzər məktublar çoxdur, özü də lap çox. Ancaq bizlər üçün bu məktubun yeri ayrıdır. Çünki bu yazışmaların sonucunda Azərbaycan ikiyə bölündü, parçalandı...
Beləliklə, Enter.News Vasif Quliyevin tərcüməsindən götürdüyümüz İran taxtının vəliəhdi Abbas Mirzənin polkovnik Lazarevə, Lazarevin isə ona cavab məktubunu təqdim edir.
İran taxtının vəliəhdinin polkovnik Lazarevə məktubu
Xristian əyanları arasında seçilən yüksək dərəcəli və çox hörmətli polkovnik Lazarev, Siz bizim mərhəmətimizdən agah olun. Cənabınızın məktubunu aldıq, onun məzmunu və ermənilərin köçürülməsi işinə görə cənab, böyük general Paskeviçdən aldığınız tapşırıqla tanış olduq. Bizə verilən cavabda Sizin fəaliyyətinizə haqq qazandırılırdı. Doğrudur, bildiyimiz kimi, hökumətin sərəncamına görə həmin tapşırıq Sizə həvalə edilsə də, hər iki dövlət arasında müqavilənin şərti və iki padşahın səmimi dostluğu tələb edir ki, Rusiya qoşunları çıxıb bizim paytaxtımıza daxil olandan sonra Təbriz şəhərinin bəzi ermənilərinin maneəsiz yola düşdükləri kimi başqa torpaqlara köçmək istəyənlərə mane olmasın. Buna bizim sözümüz də yoxdur, siz isə əksinə olaraq, öz qoşununuz olan yerlərdə ermənilərin könüllü köçüb getmələrini bildirirsiniz. Lakin bu işə vicdanla yanaşsaq, evlərini atıb getmələri, yersiz-yurdsuz qalmaları necə mümkün ola bilər? Sizin sözlərinizə görə isə ermənilər köçməyi arzu edirlər, lakin arzu iki cür olur. Ya sakinlərin özləri bunu bəyan edirlər, ya da bu, qorxudan və məcburiyyətdən yaranır və indi mənim gördüyüm kimi bu uğurlu müqavilədə həmin arzulardan birincisi göstərilmişdir. Siz isə ikinci arzuya istinad etməyə çalışırsınız, çünki ermənilər Təbrizdən yola düşməmişdən əvvəl onları biletlə mən özüm təmin etmişəm. Bunun əsas səbəbini isə keşişin köçməsini hesab edirəm. Burada bütün keşişlərin köçməsi əks halda onları yüksək mənsəbdən və dindən uzaqlaşdırmağı vəd edən və hətta o dünyada da məsuliyyətə düçar edən Eçmiədzində ən mühüm hadisələrdən irəli gəlmişdir. İndi cənabınız Salmasda qalır və qoşunlar da ordadır. Köçməyən kəndlərdən yasovullar və kazaklar vasitəsilə pul tələb edirsiniz, köçənlərə isə eyni zamanda pul verirsiniz. Bundan sonra azacıq da olsa vicdan ola bilərmi və burada daha məcburiyyətdən söhbət gedə bilərmi? Köçməyən erməni kəndlərinə o qədər əsgər və kazak göndərilir ki, sakinlər son dərəcə sıxıntı hiss edərək öz vətənlərini atıb gedirlər. Cənabınız özü yəqin ki, neçə kənd, neçə şəhər, neçə yeri gəzib-dolaşıb və rus qoşunları olan yerdə ermənilərin məcburiyyət qarşısında olduqlarını görüb. Müharibə qurtaran kimi hər iki dövlət arasında sülh və yaxın dostluq yaranıb. Kəndlərə bu cür səfərlər və əhalinin köçürülməyə şirnikləndirilməsi dostluğa uyğun gəlmir. Belə məcburiyyət, hatta onların vətəndən uzaqlaşdırılması və onların zərər görməsi Allaha da xoş getməz. Böyük imperatora xas olan ədalətə, iltifata və yumşaqlığa görə mənim güman etdiyim kimi dost dövlətlə belə münasibət fayda gətirməz. Həm də ədalətli rəftarını gördüyümüz general Paskeviçin özü də bundan razı qalmaz. Siz isə özünüz bu işin içində ola-ola qorxu və məcburiyyət olmasını ədalət naminə istəməzsiniz. Bir sözlə, mən sizin fəaliyyətinizin üstündən sükutla keçdiyim kimi məktubunuzu alıb qısa cavab verməyi lazım hesab edirəm.
1243-ci il, şəvval ayı (1828-ci il)
Şahzadənin məktubuna Lazarevin cavab məktubu
"Alihəzrətin məktubunu almağı özümə xoşbəxtlik sanıram və Sizin qarşınızda özümə bəraət qazandırmağı heç vaxt iddia etmədiyimi Sizə bildirməyi borc bilirəm. Çünki mənim hərəkətlərim həmişə ədalətli olmuşdur və cənab baş komandan tərəfindən verilən göstərişlərdən azacıq da olsa, kənara çıxmamışam. Mənim sərəncamımda olan cənab zabitlərə gəldikdə isə podpolkovnik, knyaz Arqutinski – Dolqorukidən başqa, onlardan heç biri kəndlərdə yaşamamışdır. Bu adam da mən alihəzrətin arzusunu yerinə yetirərək Dilman istehkamına köçməyə sərəncam vermişəm və o da bunu yerinə yetirib.
Köçmək arzusunu bildirənlərin və bundan sonra köçmək arzusunda olanların hamısını vergilərdən azad olunması barədə baş komandan özü Təbrizdə olarkən qərar vermişdi. Ən kasıb adamlara isə maddi yardım mənim xilasedici padşahımın hökmü ilə verilir.
Həmin gün Salmasdan 500 ailə çıxmadı və mən Sizdən Sərəncam alaraq sabah səhər Xoy qalasına yola düşürəm.
Alihəzrət, nəticədə könüllü olaraq neçə ailənin köçdüyünü biləcəksiniz. Nə üçün fikirləşirsiniz ki, sahibkarların xristianlara etdiyi zülm yox, mənim orada olmamağım onları öz vətənlərini tərk etməyə məcbur edir. Mənə edilən hər cür şikayəti cəzalandıraraq, hətta köçürülmək üçün verilən məsləhətlərin özünü qadağan etmişdim. Ən varlı sakinlərə isə şəxsən deyirdim ki, onlar İranda qoyub getdikləri belə əmlakı uzun müddət əldə edə bilməyəcəklər. Lakin mənim məsləhətlərimə baxmayaraq, öyrəndim ki, onlar köçməyi özləri qərara alıblar.
Sülh bağlanmamışdan əvvəl Eçmiədzin monastrından gələn ruhanilər barədə. Əgər onlar məsləhət və hədə ilə köçməyə məcbur ediblərsə, alihəzrət, razılaşın ki, müharibə bütün vasitələri öz düşməninin zərərinə icad edir. Lakin indi, iki böyük dövlət arasında sülhün və xeyirxah dostluğun mövcud olduğu bir vaxtda yuxarıda göstərilənləri ciddi surətdə izləyirəm və heç kim deyə bilməz ki, ruhanilər xalqa indi hədə-qorxu gəlməyə cəsarət edirlər. Qoşunların kəndlərdə yerləşdirilməsi və vergilərin toplanması mənə tamamilə yabançıdır. Çünki bu, Mirzə Məsudun tez-tez əlaqə saxladığı və yəqin ki, Alihəzrətə hər şey haqqında bilavasitə məlumat verən general Pankratyevdən asılıdır. Buna görə də yanlış məlumatlarda sizə xas olmayan şəkildə məni günahlandırırsınız. Və mən nəinki böyük padşahımın şəxsiyyəti qarşısında alnıaçıq, üzüağam, hətta öz işlərimin təmizliyi barədə Allaha da hesabat verməyə vicdanla hazıram.
Bütün deyilənlərdən sonra, Alihəzrət, mənə lazımi haqq qazandırın və öz dindaşlarıma faydalı olmağımı təbii hesab edin".
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |