Şrift:
“Sanksiyalar səbəbi ilə Rusiyanın Ermənistana dəstəyinin azalması mümkündür”
07.08.2017 [15:04] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “ABŞ-ın sanksiya siyasəti Azərbaycanın da maraqlarına uyğundur”

Məlum olduğu kimi, ABŞ Rusiyaya qarşı yeni sanksiyalara start verib. Maraqlıdır, ABŞ-ın bu sanksiyaları Rusiyanın zəifləməsinə və buna uyğun olaraq onun Ermənistana verdiyi dəstəyin azalmasına səbəb ola bilərmi?

Moderator.az -a açıqlama verən millət vəkili Fərəc Quliyev bunun mümkün olduğunu vurğuladı:

“Bu sanksiyalarda məqsəd Rusiyanı çökdürməkdir. Rusiya bütün dünyada təhlükəsizliyi təhdid edir. Rusiya Krımı, Ermənistan vasitəsi ilə Qarabağı işğal edib, Gürcüstanda problemlər yaradıb və s.
Rusiyanın təhdid siyasətinə son qoymağın dinc yollarından biri iqtisadi sanksiyalardır. Arzulayardım ki, bu sanksiyalara hər kəs qoşulsun. Rusiya açıq şəkildə Ermənistanı müdafiə edir,ortaq odu yaradır və s. Rusiya Qarabağın azad edilməsinə mane olan bir dövlətdir. Azərbaycan da ABŞ-ın bu siyasətini alqışlamalı və dəstək verməlidir.

Biz ilk sanksiyalar dönəmində Rusiyaya qarşı heç bir mövqe sərgiləmədik. Əksinə, onun təmnatı üçün əlimizdən gələni etdik. Lakin bunun qarşılığı olaraq Rusiyanın Ermənistanla ortaq ordu yaratması ilə qarşılaşdılar. Ermənistana silah verilməsi, ÜAK-ın bağlanması ilə qarşılaşdıq.

Rusiyanın çökməsi dünyanı dincliyə, sabitliyə çıxara biləcək bir addımdır. Əgər Rusiya zəifləyərsə, onun iqtisadiyyatına zərbə dəyərsə, əlbəttə Ermənistana verdiyi dəstək də azalar. ABŞ-ın sanksiya siyasəti Azərbaycanın da maraqlarına uyğundur”.
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed