Şrift:
Nazir: Azərbaycan qazının idxalı Gürcüstan üçün prioritet olaraq qalacaq
09.08.2017 [10:32] - Gündəm, Borçalı
Gürcüstana əlavə yanacaq lazım olduğu təqdirdə gələcəkdə əlavə qaz alınmasında Azərbaycan qazı prioritet olacaq.

Bunu Gürcüstanın yeni energetika naziri İlya Eloşvili deyib.

Nazirin sözlərinə görə, statistik məlumatlara əsasən, 2016-cı ildə Gürcüstanda qaza təlabat 2,2 milyard kubmetr olub ki, SOCAR-ın payı bu göstəricidə 59 faiz təşkil edib.

Nazir bildirib ki, analoji vəziyyətin 2017-2018-ci illərdə də davam edəcəyi gözlənilir.

Qeyd edək ki, ötən ilin mart ayında Gürcüstan və SOCAR arasında Azərbaycan qazının əlavə tədarükləri barədə razılaşma imzalanıb. Razılaşmaya görə, Azərbaycan il ərzində Şahdəniz yatağında əlavə olaraq daha 500 milyon kubmetr qaz Gürcüstana tədarük etməlidir.
Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed