16.05.2012 [13:38] - DAVAMın yazıları
Gövhər Baxşəliyeva bildirib ki, «Ermənilərlə farsların etnik yaxınlıqları barədə fərziyyələrin bünövrəsi hələ Pəhləvilər şahlıq taxtına çıxan vaxtdan qoyulub”.
«Müasir İranın həm daxili, həm xarici siyasəti ikili standartlar, bəzən isə hətta riyakarlıq üzərində qurulub». Bunu millət vəkili, professor Gövhər Baxşəliyeva dilə gətirib. Millət vəkili İran İslam Respublikasının (Cümhuriyyətinin) çoxmillətli ölkə olduğunu qeyd edib və bildirib ki, burada böyüklü-kiçikli 80-dən çox xalq yaşayır ki, bunlar dil, milli kimlik, tarix, ənənə və bəziləri hətta, dini məzhəb cəhətdən biri digərindən, o cümlədən, farslardan fərqli olsa da, onların hamısı “iranlı” və ya “İran milləti” adlandırılır. G. Baxşəliyevanın dediyinə görə, farslardan əlavə, bu ölkədə 30-35 milyon Azərbaycan türkü, 5 milyondan çox kürd, 3-4 milyon ərəb, bəluc, mazandaranlı, gilək, talış, türkmən və sair millətlər yaşayır, ancaq İran əhalisinin böyük əksəriyyətini təşkil edən bu xalqların öz ana dilində bir məktəbi belə yoxdur: «Halbuki bu ölkənin Konstitusiyasının (anayasa) 14-cü maddəsində aydın yazılıb ki, “İran xalqı hansı etnik qrup (qövm), qəbilədən olmasından asılı olmayaraq, bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük (imtiyaz) vermir”. Er¬məni¬lərdən başqa, - onların sayı 120-150 min arasında göstərilir, qeyri-mü¬səlmanlar təqib olunur, onlara qarşı həbs və zorakılıqlardan belə çəkinilmir. Milli, dini və məzhəb ayrı-seçkiliyi ölkənin dövlət siyasətinin mühüm tərkib hissəsidir. Rəsmi Tehran Əsas Qanunun 11-ci maddəsini də - “Bütün müsəlmanlar bir ümmətdir və İran İslam Cümhuriyyəti öz ümumi siyasətini islam xalqlarının birlik, vəhdət və həmrəyliyi əsasında qurmağa, islam dünyasında siyasi, iqtisadi və mədəni vəhdətin gerçəkləşməsi üçün ardıcıl səy göstərməyə borcludur” – prinsipini (əsl, ilkə) də kobud surətdə pozur. Halbuki müsəlman Azərbaycan Respublikasına qarşı düşmən olan, onun ərazisinin 20 faizini işğal edən, 1 milyona qədər azər¬bay¬canlını öz doğma yurdundan qaçqın və köçkün salan ermənilərə qonşu İran İslam Respublikasında geniş meydan verilib”.
Millət vəkili sonra bildirib ki, ermənilərə İranda 30-dan çox məktəbdə ana dilində təhsil almaq şəraiti yaradılıb, həmçinin, İsfahan və Tehran universitetlərində erməni dilində fakültələr fəaliyyət göstərir: «Azərbaycanın tarixi, ədəbiyyatı, milli varlığı əleyhinə erməni müəlliflərinin çoxsaylı kitab, dərgi və qəzetlərinin çapına icazə verilib.İran nəşriyyatları türk dünyası, o cümlədən, Azərbaycan əleyhinə yazılmış erməni müəlliflərinin əsərlərini məmnuniyyətlə çap etdikləri halda, azərbaycanlı müəlliflərin milli ruhlu yazıları basqılara məruz qalır. Qara Kilsə adlanan Güney Azərbaycanın qərb bölgəsindəki yerdə erməni keşişinin “tarixi” qəbri İran və dünya erməniləri tərəfindən hər ilin iyun (June) ayının 24-də təntənəli ziyarət olunduğu halda, Azərbaycan xalqının milli qəhrəmanı Babəkin adını daşıyan “Babək qalası”na ziyarətə getmək, orada kütləvi görüşlər keçirmək artıq neçə ildir yasaq olunub, buna təşəbbüs göstərənlər isə təqib olunurlar.
BMT (Birləşmiş Millətlər Təşkilatı) tərəfindən elan olunmuş “Ana dili günü”nün Güney Azərbaycanda və digər qeyri-fars əyalətlərində qeyd olunmasına icazə verilmir. Təbrizdə, Urmiyada, Ərdəbildə azərbaycanlılar tərəfindən çap olunan dərgi və qəzetlərin redaksiyaları (ofisləri) bağlanmış, yazar¬larından bir qismi həbs olunmuş və ya böyük məbləğdə cərimələnmişlər. Mədəni və milli hüquqlarını tələb edən azərbaycanlı fəallar təqib edilir və qondarma ittihamlarla həbs olunur, işgəncələrə məruz qalır, edama məhkum edilirlər. Məlumdur ki, ermənilərlə farsların etnik yaxınlıqları barədə uydurmaların bünövrəsi hələ Pəhləvilər şahlıq taxtına çıxan vaxtdan - 1925-ci ildən qoyulub. Hazırda İrandakı siyasi mühitdən və Qarabağ münaqişəsi ilə bağlı İran-Ermənistan münasibətlərindəki durumdan istifadə edən iranlı ermənilərin üzdəniraq tarixçiləri və onları xaricdən həvəsləndirənlər ermənilərin qədimdən iranlılarla, yəni, farslarla birköklü qardaş, ən uzağı “əmioğlu” olduqlarını sübut etmək üçün yeni-yeni saxta mənbələrə istinad edib kitab yazır, çap etdirirlər. Belə kitablardan biri də 2006-cı ildə Tehrandakı “Diba” nəşriyyatında nəfis şəkildə 2000 nüsxə ilə çap edilmiş müəllif Andranik Hoyanın 242 səhifəlik “İranlılarla ermənilərin mədəni əlaqələri” adlı kitabıdır».

Bu xəbər oxucular tərəfindən 1495 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |