16.05.2012 [15:21] - Xəbərlər, Mədəniyyət
Mədəniyyətimizin və tariximizin təbliği, milli tətbiqi sənətin dəstəklənməsi və sənətkarların əl işlərinin sərgi-satışının təşkili, "Eurovision" mahnı müsabiqəsinə gələcək turistlərin və İçərişəhərin qonaqlarının əyani şəkildə sənətkarlıq məhsullarının hazırlanması prosesini izləmələri üçün Qoşa Qala Qapısı meydanında ənənəvi "Meydan bazarı" təşkil olunacaq.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən çərşənbə günü verilən məlumata görə, "Meydan bazarı" mayın 20-25-də hər gün saat 12:00-dan 20:00-a kimi olacaq. Tədbirdə Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən sənətkarlar iştirak edəcəklər.
Bununla yanaşı, ziyarətçilər tədbir günləri həm "Meydan bazarı"nda, həm də bütövlükdə İçərişəhər ərazisində "İçərişəhərin tarixi tipajları"nı görə və onlarla canlı ünsiyyət qura biləcəklər.
Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, "Azerfon" və "Gazelli International ltd" şirkətlərinin dəstəyi ilə keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 1312 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |