17.05.2012 [11:03] - Güney Azərbaycan xəbərləri
Azad Suriya Ordusunun komandanı (fərmandeh) Əmmar əl Vavi Suriya rejiminə dəstək verənlərin adlarını açıqlayıb.
Əl Vavi Suriya rejiminə İran, Rusiya və terror təşkilatlarının dəstək verdiyini bildirib:
"Suriyada döyüşən İran hərbçiləri var. İranın texniki və mənəvi dəstəyi də davam edir. Sadəcə İran deyil, İraqda Maliki hökuməti, Müqtəda Sədr, Feylak Bedir və Hizbullah da Suriya hökumətinə dəstək verirlər. Bundan başqa, rejimin pulla satın aldığı PKK terrorçuları dördüncü ordu və jandarma birlikləri ilə birgə döyüşürlər".
İddialarının dəqiq mənbələrə istinadən söylədiyini deyən komandan döyüşlər zamanı çoxlu sayda iranlını ələ keçirdiklərini bildirib:
"Onların üzərilərindən İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) vəsiqələri çıxdı. Rusiyanın da Derada kəşfiyyat mərkəzinin, Lazkiye və Tartusda hava hücumundan müdafiə mərkəzlərinin olduğunu bilirik".

Bu xəbər oxucular tərəfindən 1223 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |