17.05.2012 [11:37] - Hüquq
ABŞ-ın Texas ştatının hüquq müdafiəçiləri apardıqları araşdırmanın şok nəticələrini dərc ediblər. Araşdırmadan bəlli olub ki, 23 il əvvəl edam edilmiş Karlos Delune günahsız imiş...
“The Houston Chronicle”yə istinadən verilən məlumata görə, 400 səhifədən ibarət olan həmin araşdırma çərşənbə axşamı “Columbia Human Rights Law Review” jurnalında dərc edilib.
Araşdırmada göstərilir ki, 1983-cü ildə polis 24 yaşlı Vanda Lopesin ölüm işini araşdırırmış. Yanacaqdoldurma məntəqəsindəki mağazada satıcı işləyən Lopesin növbəsi vaxtı müştərilərdən biri yaxınlıqda adamın əlində bıçaq olduğu barədə ona xəbər verir. Vanda Lopes dərhal polisə zəng vurur. Polis hadisə yerinə gəldikdə isə onu ölmüş vəziyyətdə tapır. Qətldə, hadisə yeri yaxınlığında tutulan 27 yaşılı Karlos Delune günahkar bilinir və məhkəmənin hökmü ilə 6 il sonra - 1989-cu ilin dekabrında edam edilir.
İlk baxışdan Delunedən şübhələnmək üçün hər bir əsas olur. O, narkotik aludəçisi olmaqla yanaşı, maşın qaçırma və zorlamada şübhəli bilinərək bir neçə dəfə polisə düşübmüş. Bundan başqa polis hadisə yerinə gələrkən Delune də orda olub. Daha doğrusu yaxınlıqdakı yük maşının altında gizlənmiş vəziyyətdə tapılıb. Amma araşdırma zamanı Delunenin günahsız olduğu üzə çıxıb. Xanım Lopesin qatili isə Karlos Ernandes adlı birisi imiş. Ernandes günahını boynuna alıb.
Karlos Ernandesin dediyinə görə, o, qadını boğub, sonra da bıçaqla kürəyində X hərfi yazıbmış.

Bu xəbər oxucular tərəfindən 1291 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |