15.08.2017 [10:59] - Xəbərlər, DAVAMın yazıları
Orta şərq Fasdan (F) – İndoneziyaya qədər uzanan islam sivilizasiyasinin hakim oldugu cografiyani əhatə edir. Müasir dövrdə orta sərq; Misir, Yəmən, Ümman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, Səudiyyə Ərəbistani, Iraq, Suriya, Livan, Izrail, Fələstin, Əfqanıstan,Türküstan, Türkiyə, Azərbaycan və Iranı içinə almaqla, cəmi 8. 012. 779 kilometrlik bir ərazini əhatə edən bölgə kimi tanınmaqdadir. Dünya əhalisini 85%-nin yerləşdiyi orta şərq bölgəsinin mərkəzi ölkələri Türkiyə və Azərbaycandır. Orta Şərq siyasi və demoqrafik cografiyası əsrin əvvəllərində Fars, erməni, indi isə Kürd kartından istifadə edilməklə dəyişdirilməkdədir. Fars, Erməni kartı, İngiltərə-Fransa-Rusiya dövlətləri tərəfindən Qacar və Osmanlı Türk imperatorluqlarının çöküşü üçün istifadə edilirdisə(bu məqsədə nail oldular da), Kürd kartı da yenə Türkiyə və Azərbaycan dövlətlərini, ərazilərini parçalamaq, zəiflətmək, türkləri bu bölgədən silmək məqsədilə istifadə edilir.
Kürd təşkilatları olan PDK və PJAK-a məxsus “grilaypjak.blogfa.com” və “Pyam.nu” internet saytlarında yazılır: Bilin ki,İraqdakı Türkmanlara məxsus Mosul,Ərbil,Süleymaniyyə və Kərkük şəhərlərini necə İraq Kürdüstanı Milli Muxtariyyətinin tərkibinə qatmışıqsa,Güney Azərbaycan torpaqlarının da yarısı “İran Kürdüstanı”projesinin tərkib hissəsinə çevriləcəkdir.Oradakı türklər bu şəhərləri “bizim məkanlar” adlandırsalar da,hamısını geri alacagıq.Güney Azərbaycan adlanan cografi ərazidə işgal altında olan şəhərlərimizin azad olunmasında bizim qarşımızı siz türklər ala bilməyəcəksiniz.Buna gücünü yetməz.Azərbaycan dlanan bu torpaqlar əslində Kürdüstandır.Sizlər isə Səlcuq türkləri ilə birlikdə Orta Asiyadan gələrk bu torpaqlarda məskunlaşmış köçərilərin törəmələrisiniz”.
ABŞ-İngiltərə-izrailin dəstəyilə qurulmuş “Quzey İraq Kürdüstan Milli Muxtariyyəti” hökümətinin başçısı,Kürdüstan Yurdsevərlər Partiyasının lideri Mustafa Bərzani (Yəhudi kürdüdür) KürdTV kanalında çıxışında deyir: “Bizim strateji hədəfimizin qarşısında sədd çəkərək durmuş Türkməneli(İraq Türkman vilayəti),Şərqi Azərbaycan və Qərbi Azərbaycan adlnan bölgələr köçərilərin işgalında əsrlərdən bəri inləyən torpaqların əsl sahibi olan kürdlərə qovuşmasına lap az qalıb. Kərkük, Urmu,maraga,Təbriz kürd xalqının qəlbidir.Onları kimsəyə verməyəcəyik”. Kürdlərin “Puk-Media”İnformasiya Agentliyinin açıqlamasında deyilir: “Böyük Kürdüstanın reallaşmasını və onu tezləşdirməyə can atan kürdlərin Rəzən, Bahar, Kövrəng,Həmədan, əsədabad və məlayir şəhərlərinə böyük köç dalgaları başlamışdır”.Bu şəhərlər hamısı Güney azərbaycanın şəhərləridir. “Kürdüstana Qayıdış Hərəkatı” Kürdlərə müraciətində deyir: “Güney Azərbaycan, Kərkük,Ərbil, Mosul, Kifri, Xanəgin, Təlafər və Adanadan tutmuş, Naxçıvan da daxil olmaqla hər yer kürdüstandır”. Kürd təşkilatlarının strateji planı belədir . “Qarabag Erməni qardaşlarımızın torpaqlarından, Ərdahandan Türkiyə) tutmuş Qəzvinə(Güney Azərbaycan),Mosuldan (İraq türkmanları ərazisi),Naxçıvan və Kəlbəcərədək (Quzey Azərbaycan) bizim torpaqlardır”. Sazemane Defa Hüquqe Bəşər Dər Kordestan təşkilatının bəyanatında deyilir: “Sulduz bölgəsi Ələvi qızılbaşlarının qədim torpaqlarıdır və onlar etnik mənşə baxımından kürd olmuşlar.Sulduz, urmu, Maku, Xoy, Səlmas, Sayınqala, Qoşaçay, Bicar, Görvə və digər bölgələr ən qədim kürd torpaqlarıdır”. Quzey İraq dakı Mustafa Bərzani höküməti strateji siyasətini belə açıqlayır. “Türkiyə və Güney Azərbaycan arasında kürdlər məskunlaşaraq bufer rolu oynamalıdırlar”. İran Parlamentində Millət Vəkili Bəhaəddin Ədəb, Xədicə Mənsuri, Türkiyədə Sırrı Sürəyya Urmu şəhərinin kürdlərə məxsus oldugunu açıqlamışlar. Quzey İraq Kürd Hökümətinin buraxdıgı “dırav” adlanan kagız əskinaslarda isə “Kürdüstan” xəritəsi çəkilib. Xəritədə Güney Azərbaycanın və Türkiyənin bir çox əraziləri və Naxçıvan əks olunub. Beləliklə Kürd Problemi yaradılmış və Gələcəyimiz təhlükə altındadır.
Kürd kartındn aktiv istifadə edən dövlətlərsə ABŞ və İzraildir. “Türkiyə Kürdüstanı”, “İraq Kürdüstanı”, “İran Kürdüstanı”, “Azərbaycan Kürdüstanı”,.. “Vahid Kürdüstan” İzrailin dövlət kimi yaşamasının və təhlükəsizliyinin qarantıdır.
İzrail və Kürd faktoru . Birinci dünya savaşından sonra cızılan orta şərq xəritəsində, ikinci dünya savaşından sonra qurulmuş yeni bir dövlət vardır. Orta şərqi qeyri-stabil bir bölgə halına gətirən bu dövlət İzrail dövlətidir. İzrail kiçik bir dövlətdir, amma tarixdən gələn bir ağırlığı, nüfuzu vardır. Böyük çoxluğu müsəlman olan orta şərq bölgəsinə sonradan montaj olunan bu yəhudi dövləti tarixdən gələn bir problemi, yəhudi probleminin çözmək açıqlanması ilə müdafiə edilməkdə və beləliklə BMT-nin qərarı ilə orta şərq xəritəsi yenidən cızılmaqdadır.
Bölgənin yüz illərdir formalaşmış ənənəvi etnik, dini qruluşuna və real siyasi düzəninə zidd olaraq yaranmış İzrail dövləti bir din dövlətidir və bölgədəki müsəlman çoxluğundan fərqli bir dini dünya görşüdə dövlətləşməsi səbəbindən son əlli ildir Orta şərq bölgəsi dinlərarası savaş meydanına çevrilmişdir.
Fələstinlilər və izraillilər arasındakı çatışmanın kökləri Tunc Çağına qədər uzanır. Müqəddəs kitabda anladıldığına görə «Davud Fələstinliyi sapandla və daşla, məğlub etdi» (Samuel 17-22) Yəhudilirin İsadan sonra, 70-ci illər də Roma imperatorluğuna üsyan etmələri, Avropanın müxtəlif yerlərinə dağıdılmaları ilə nəticələndi. Ərəblərin 636-cı ildən etibarən Orta Şərqdə hegemonluğa malik olmaları Orta Şərqdə uzun zaman davam edən stabilliyi və sabitliyi saxladı. Bu sabitldik və sükunət Orta Şərqdə hegemon olan Osmanınalar zamanında da davam etdi. (1. s 75) 29 avqust 1897-ci ildə İsveçrənin Basel şəhərində Theodor Herzenin rəhbərliyi ilə keçirilən Birinci Sionist (Yəhudi) konqresində Fələstində təşkilatlanmış geniş bir Yəhudi koloniyasının təsis edilməsi; Fələstinin koloniləşdirilməsi ilə bağlı beynəlxalq aləmdə hüquqi və tarixi haqqın qazanılmasını və bütün Yəhudiliri Sionaizm davasında birləşdirmək məqsədilə baimi bir təşkilatın qurulması qarşıya məqsəd qoyulmuşdur. «1971-ci ildə İngilis Xarici İşlər Naziri Artur Jame Balforun ingilis parlamenti üzvü yəhudi lord Rotşildə yazdığı məktubda Krallıq hökumətinin Fələstində Yəhudi Koloniyasının qurulmasına əsasən razılıq verdiyi bildirilmişdir. Bolfor Deklarasiyası adlanan bu hüquqi imtiyazla Yəhudilər Fələstinə köç etdilər və yerli xalqı sıxışdırmağa başladılar». (1 s 80) 1947-ci ildə BMT Fələstinin Ərəblər və Yəhudilər arasında qurulacaq iki dövlət arasında bölüşdürülməsi haqqında qərar çıxartdı. Bu qərara əsasən Fələstinin məhsuldar torpaqlarının 54%-i İzrailə verildi. Qərardan əvvəl İzrail hərbi qüvvələri ərzinin 4/-3-nü işğal etmişdir. BMT-nin qərarı bu işğalı hüquqiləşdirdi. BMT-nin qərarına əsasən Qüdsə bölgədəki xalqlar arası status verilməli idi. İsrail Qüdsün xalqlararası statusunu qəbul etməmiş, Qüdsü İzrailin paytaxtı elan etmişdir. İzrail dövləti 14 may 1948-ci ildə Tel-Əvivdə toplanan Yəhudi Milli Konqresinin deklarasiyası əsasında yaradılmışdır. ABŞ dərhal İzrail dövlətini tanıdığı haqqında bəyənat vermişdir. Ərəb ölkələri BMT-nin bu qərarını tanımamış və 15 mayda Suriya, Misir, Ürüdün orduları Fələstin sərhədlərini keçərək İzraillə müharibəyə başlamışdılar. 1967-ci ildə «Altı gün savaşı» adlanan Ərəb-İzrail savaşı 1973-cü ildə yenidən başlamışdır. 1967-ci ildə «altı gün savaşı» adlanan Ərəb İzrail müharibəsində İzrail Qəzzə zolağını, 1948-ci ildə Ürdün torpağı olan Şərqi Qüdsü, Qərbi Suriyanı, Suriyaya aid olan Kolon təpələrini, Misirə aid olan Sina yarımadasını işğal etmişdir. 3 milyon Fələstinli qaçqın sürgündə yaşayır. İzrailin ərəb dövlətlərinin ərazilərini işğal etməsi İzrail-Fələstin probleminin yəhudi ərəb savaşına çevrilməsinə səbəb olmuşdur və bu müharibə bu gün də davam etməkdədir. İndi ABŞ və İzrail orta şərq bölgəsinin təbii demoqrafik qruluşunu və tarazlığını pozmaqla işğalı gerçəkləşdirməkdir. Tarixçi Bonney Morrisə görə: Siyonist liderləri ərəblərin bölgədən transferini, yəhudi dövlətinin davamlığını və yəhudiliyin qorunmasında yeganə yol olaraq görürlər. 1948-ci ildən etibarən ərəblər Fələstinin işğal edilmiş bütün bölgələrindən çıxarılmağa başlayır. Qeyd edək ki, Sovetlər Birliyi dağıldıqdan sonra Rusiyanın bölgədə təsiri azalmışdır. Ərəb ölkələrindən yalnız Misir İzrail dövlətini tanımışdır. Misir İzrail dövlətinin tanıdıqdan sonra Misirə ABŞ 49 milyard dollar yardım etmişdir. ABŞ-ın İzrail və Misirə etdiyi təhlükəsizlik yardımları biryerdə 100-92%-dir. Təhlükəsizlik yardımı ABŞ-ın xarici yardım büdcəsinin 43%-i təşkil edir. ABŞ-ın İzrailə yönəlik siyasətinin təməllərini təşkil edən tarixi və strateji səbəblər, bölgənin təhlükəsizliyinin davamlı və stabil ola biləcəyində potensial rol oynaya biləcək Misirə yardım edilməsini zəruri edir. Misir bölgənin ən böyük Ərəb dövlətidir və ona verilən yardımlar ABŞ-ın İzrail siyasətinin tərkib hissəsi kimi qavranılmalıdır. Misirin İzrail üçün təhdid rolu oynaması və sülh prosesini dəstəkləməsinin qarşısında bu yardımları alır. Qeyd edək ki, İzrailə verilən 475 milyon dollarlıq hərbi yardımdan, o öz hərbi texnologiyasını inkişaf etdirmək üçün istifadə edir. Həmçinin izrail ABŞ-da vergidən azad yəhudi dərnəkləri vasitəsilə 1 milyard dollar yardım almaqdadır. 1946-cı ildən qəbul edilmiş Federal lobbi qanununa əsasən fəaliyyət göstərən İzrailin amerikadakı lobbi təşkilatlarından 30 milyonluq budcəsi olan Amerika – İzrail Xalqla Əlaqələr Komitəsinin (AİPAL) (150-yə yaxın növü ABŞ Konqresi idarəetmə sistemlərində çalışır), 25 milyon dollar büdcəsi olan Amerika Yəhudi Komitəsinin (ASC) (ABŞ-ın 32 şəhərində təmsilçisi var). Fəaliyyətlərini təhlil edərkən belə nəticə çıxartmaq olar ki, İzrail lobbisi orta şərq siyasətini tək ələ alan və müəyyənləşdirən, bazarlıq yapan bir güc halına gəlmişdir. ABŞ-dakı İzrail lobbisi ABŞ-İzrail münasibətləri ilə bağlı məsələlərdə konqress üzvlərinə və qanun qəbul edilmə prosesində səsvermənin nəticələrinə təsir etmə gücünə malikdir. Bu təşkilatlar ABŞ-İzrail arasındakı münasibətlərin və iş birliyinin qurulması üçün nə etmək lazımdırsa onu etməklə bərabər bütün dünyada Yəhudiliərin təhlükəsizliyini qarantiya altına almaq, dünya yəhudilərinin yaşam səviyyəsini yüksəltmək və yəhudilərin qlobal siyasi iştirakını yüksəltmək yönümündə fəaliyyət göstərirlər. İzrail lobbisi ABŞ-dakı başqa lobbilərlə müqayisədə daha yüksək səs vermə potensialına sahib olub yaxşı təşkilatlanmış, maliyyə baxımdan üstün və qərar alma və ictimai rəyi istiqamətləndirmə, təsir etmə baxımından son dərəcə bacarıqlı və təcrübəli olan bir orqandır. Qeyd etməliyəm ki, bütün yəhudi təşkilatların liderləri ən az ayda bir dəfə toplanaraq İzrailin real durumu və gələcək problemləri ilə bağlı dəyərləndirmə iclası keçirirlər. Bu mexanizmin əsası 1948-ci ildə «Amerika-Yəhudi təşkilatı Liderlər Konfransının» yaradılması qərara alındıqdan sonra qurulmuşdur. (Təşkilatın 34 daimi, müşahidəçisi üzıü var). Xatırladıram ki, dünya sionist konqresinin mərkəzi Qüdsdə olduğu kimi İzraildən kənarda olan təşkilatlar xarici lobbi təşkilatları hesab olunur. Yəhdi lobbi təşkilatları İzraili maraqlandıran hər yerdə təsirini göstərməyə çalışmaqdadır. Bü məqsədlə ABŞ-ın partiya təşkilatlarına üzv olmaqdadırlar. Konqresə seçkilər zamanı 34 yəhudi konqresi üzv seçilmişdir və bu hər ay, hər il artmaqdadır. Fikrimizcə ABŞ – nı Anqlosakson-yəhudi dövləti hesab etmək olar. Seçkilər zamanı yəhudi lobbisi izrailin mənafeyinin qorunması məqsədilə partiyalara və namizədlərə maliyyə yardımları göstərməkdədir. (1989-90-cı illərdə Sento üzvlərinə 4,7 milyon dollar, Təmsilçilər məclisi üzvlərinə 2,9 milyon dollar yardım edilmişdir. Maliyyə yardımının 100-70-i Demokrat partiyasına, 100-55-i Cumhuriyyət Partiyasına verilmişdir). Beləliklə qeyd etmək istiyirik ki, ABŞ-ın İzrailə verdiyi dəstək nəticəsində artıq İzrail hal-hazırda ərəb şərqində bölgəsəl bir supergüc olmaqla, orta şərqin ən modern və üstün texnologiyaya malik hərbi qüvvəyə sahib bir ölkədir. İzrailin güclü olmasının digər səbəbi isə Ərəblərin neft də daxil olmaqla heç bir ərəb problemində ortaq hərəkət etməmələri və SSRİ-nin çöküşü ilə ərəblərin xarici dəstəkdən məhrum olmalarıdır.
Orta şərqin ərəb və müsəlman əhalisinin çoxluğuna rəğmən bir yəhudi dölətinin bu coğrafiyaya montay edilməsi bir çox yeni problemlər yaratmışdır. Bu problemlərdən biri bölgənin etnik tərkibinin dəyişdirilməsindən və bölgə dövlətlərinin ərazilərinin işğalından qaynaqlanır. İzrail dövləti qurulduqdan sonra sürətlə bölgədə genişlənmə siyasəti yürütmüş, bu məqsədlə Fələstindəki ərəb əhalisi qaçırdılmış, yerinə yeni yəhudi koloniyaları köçürülmüşdür. Dünyanın hər tərəfindən gələn yəhudi axını nəticəsində bölgənin etnik tərkibi dəyişmiş Fələstindəki ərəb əhalisi azalarkən, yəhudi əhalisi sürətlə artmışdır. (1930-cu illərdə Fələstində 8 min yəhudi var idisə, 1990-cı ildə bu say 140 minə çatmışdır). İzrail demoqrafik siyasəti ilə özünü gücləndirməklə yanaşı həm də yeni torpaqlar işğal etməklə ərazisini genişləndirmişdir. Beləliklə, Kolon təpələrini (Suriya), qərbi Suriya və Qəzzə bölgəsini, Sina yarımadasını, Livanın güneyini işğal etmiş, Ürdünü daim işğal təhdidi altında saxlamaqla Suriya Misir və İraq bölgə ölkələrinə qarşı tampon dövlət kimi istifadə etməkdədir. Öz təhlükəsizliyini təmin etmək məqsədilə davamlı olaraq qonşuları ilə savaşmaq məcburiyyətində qalan İzrail orta şərqdə sülhə, barışa imkan verməyən bir dövlət rolu oynamaqdadır. Bu baxımdan orta şərqdə Müsəlman, ictimai rəyi və əski Ərəb-Yəhudi zehniyyətini tarix düşüncəsində daşıyan ərəb dünyası İzrail dövlətini mənimsəyə bilməmişdir. Bu səbəbdən, İzrail dövləti də ərəb və müsəlman ağırlıqlı bir bölgəsəl quruluş içində fərqli din və etnik ayrılıqlara malik bir dövlətin, yəni İzrailin yaşaya bilməməsi gerçəyi qarşısında, bölgənin etnik tərkibinin dəyişdirilməsi və bölgədə çox millətli, çox dinli bir düzənin qurulmasının İzrailin mövcudluğunun yeganə qarantiyası olduğunu dünya ictimai rəyinə qəbul etdirməyə çalışmaqdadır. İzrailə görə orta şərqin çox dinli, çox kültürlü, çox millətli bir bölgəyə çevrilməsi nəticəsində yaranacaq yeni durum İzrail dövlətini ərəb əhatəsindən qurtaracaq, bölgədə başqa xalqlarla əməkdaşlığa şərait yaradacaq, bölgə uzun sürən din savaşlarından xilas olacaq, beləliklə tarixin dərinliklərindən gələn müsəlman-yəhudi din savaşları arxa plana keçəcək.
Bu siyasətini gerçəkləşdirmək üçün İzrail İraq, Türkiyə, İran, Livan və Suriya ərazilərində yaşayan kürdlərdən istifadə etməyə başladı. İzrail ərəblərə qarşı mübarizə aparmaq üçün 1960-cı ildən etibarən mossad lideri Mer Amitin rəhbərliyi ilə İraq rejiminə qarşı müxalif olan Kürdlərə dəstək verməyə başladı. İraq Kürdüstandakı Kürd lideri, Kürdüstan demokrat partiyası lideri Mola Mustafa Berzani və Küniran Əli Bəqih Xan gizlicə görüşdülər və bu zamandan etibarən İzrail iraq Kürdüstanını silahlandırmağa başladı. İzrail hər ay İraq Kürdüstanına 50 min dollar yardım etdi. İzrail Xarici İşlər nazirliyinin 1982-ci ildə dünya Sionist təşkilatı İnformasiya Dairəsində yayımlanan «Kıvunium»-də yaydığı raportda İzrailin quzey iraq siyasəti haqqında aydın bilgi verir. Bu raporda İraqın bölünməsi və müstəqil Kürdüstan Dövlətinin yaradılması zərurəti açıqlanır. Beləliklə ABŞ-ın İraqı işğal etməsi və İraqda müstəqil Kürd dövlətinin yaradılması məhz İzrailin yaşaya bilməsi və güclənməsi məqsədilə həyata keçirilir və bu ABŞ mərkəzli orta şərq siyasətinin «Yeni dünya düzəni» adlanan və hal-hazırda orta şərqdə hərbi işğallar formasında həyata keçirilən layihənin əsas mahiyyətini ifadə edir. Qeyd etməliyəm ki, ABŞ –İzrail cütlüyünün “Yeni Dünya Düzəni” siyasəti nəticəsində tarixi türk torpaqları olan və türklərin çogunluq təşkil etdikləri quzey İraq torpaqları (Kərkük-Mosul-Ərbil) üzərində qurulmuş Kürd dövləti Azərbaycanın,Türkiyənin dövlət müstəqilliyini və gələcəyini təhdid edir.
Bilindiyi kimi İraq, xüsusilə də Kərkük-Mosul bölgəsi böyük neft yataqlarına sahibdir.İraqın neft ehtiyatının ən çox oldugu bölgə şimalda Kərkük,cənubda Bəsrə və mərkəzdə Bagdat ətrafında türk bölgəsi olan Diyalanın Xanəkan rayonudur.
İraq iqtisadiyyatının dayandıgı ən önəmli qaynaqlardan biri neftdir.İraqın neftdən gələn gəlirləri ümumi gəlirlərinin 87%-ni təşkil etməkdədir.İraqın neft ehtiyatının bəzi qaynaqlarda 100 milyard, bəzilərində isə 200 milyard varil oldugu haqqında məlumatlar vardır. “The Middle East and North Afrika-1992” adlı illik hesabat bülleteninde İraqın 90-cı ildən bəri neft istehsal edən 36 dünya ölkəsi arasında 7-ci yeri tutdugu qeyd edilmişdir. Bu hesabata görə İraq dünyada istehsal edilən xam neftin 3.09 %-ni istehsal etməkdədir. İraq neftinin 75.50% kerkükdən, 22.74% Bəsrədən, 1.76% Mosuldan istehsal edillməkdədir ki,bu da İraqın ümumi istehsalının 77.26% təşkil etməkdədir. Bu türk bölgələrində təbii qaz yataqlarının oldugu,Kərkükdə böyük miqdarda kükürdün oldugu haqqında da məlumatlar vardır. ABŞ-nın İraqı işgal etməsi, İraqın bir neçə yerə parçalanması, türk bölgəsində Kürd Muxtariyyətinin qurulması, İŞİD təşkilatının hərbi savaşlarının əsl səbəbləri bu neft rezervlərinə sahiblənmək ugrunda savaşların təzahürləridir. Türkiyə kürd faktoru ilə zəiflədilərək bu neft bölgəsi ugrunda gedən gərgin qlobal mübarizələrdən təcrid edilmiş, bölgənin kürdləşdirilməsinə və Kürd dövlətinin qurulmasına nəzarət etmək imkanlarından məhrum edilmiş, Kərkük türklərini belə müdafiə etməkdən aciz qalmışdır. Kərkük türklərinin bölgədə yaşaması,türk muxtarlıgının qurulması bu neft rezervlərinə malik bölgənin Türkiyə və ya türk nəzarətinə keçməsi Türkiyənin güclənməsi demək olardı və bu Qərb ölkələri tərəfindən yolverilməzdir.
Beləliklə, İzrailin fərqli dinə malik bir dövlət olaraq orta şərqdə qala bilməsi və yaşa bilməsinin qarantı kimi yeni bir düzənin yaradılması zəruriliyini doğurması Quzey İraq kürd dövlətinin yaranması ilə nəticələndi. Yeni dünya düzəni siyasəti orta şərq xəritəsində yeni xalqlara, yeni dövlətlərə, yeni dinlərə zəmin yaradan bir siyasətdir. Məhz bu baxımdan quzey İraq kürd dövlətinin yaradılmasını ABŞ və izrail dövlətləri dəstəkləyirlər.
Bölgədəki tək fərqli dövlət olmaqdan qurtulacaq İzrail çox millətli, çox kültürlü bir ortamdan doğacaq Konfederal bir düzən içərisində özünü təhlükəsiz hiss edəcəkdir. Quzey İraqda ortaya çıxacaq ərəb olmayan yeni dövlət ilə(Kürdüstan) Güney İraqda ortaya çıxacaq sünnü olmayan(şiyə) yeni siyasi quruluş orta şərq bölgəsinin çox millətli və çox kültürlü bir bölgəyə çevrilməsinə yardım edəcəkdir. Bu yeni siyasi proseslər İraqı parçalamaqla bərabər, Suriyada da, Ələvilərin, sünnilərin, dürzilərin yeni əyalətlər yaratmaq məqsədilə təşkilatlanmaları bu bölgənin çox kültürlü bir bölgəyə çevrilməsinə şərait yaradacaq və hakim islam din və mədəniyyəti parçalanmaqla, düşüncələrdən sıxışdırılıb çıxarılacaq. Bu yeni siyasət Livanın çox etnoslu qruluşunda daha asan həyata keçiriləcəkdir. Livan da İraq kimi etnik, kultürəl və milli fərqlilikləri əsas olan əyalətlərlə bölünə bilər və orta şərqin çox kültürlü bölgəyə çevrilməsinə yardım edə bilər. Çox etnosluğu və çox kültürlüyü əsas alan yeni dünya düzəni siyasəti birinci dünya savaşından sonra yaranmış sərhədləri qəbul etmir və bu o zaman qurulmuş dövlətlərin daha da parçalanması ilə yeni çox kültürlü siyasi qruluşların gündəmə gəlməsini hədəf alır. İzrail dövlətinin varlığı və siyasəti də məhz yeni dünya düzəninin qurulmasına hesablanmışdır. Yeni dünya düzəni projesi əsasında qurulacaq orta şərq , əslində Böyük İzrail mərkəzli orta şərq federasiyası kimi təsəvvür edilir və çağdaş qlobal beynəlxalq münasibətlər də bu yönümdə qurulur.
Ərəb gücünü parçalayacaq bu siyasi prosesi önləmək məqsədilə Ərəb ölkələri Fələstin dövlətinin elan edilməsi yönümündə fəaliyyətə başlamışlar. Ərəblərə görə Fələstin dövlətinin elanı ilə bölgədəki ərəb dövlətləri arasında yeni bir güc də daxil olacaq və bölgədəki ərəb varlığını gücləndirəcək. Həmçinin bildirməliyik Ki, yəhudilər kimi fələstinlilər də bütün dünyada ciddi təşkilatlar formalaşdırmışlar. Bu fələstin dövlətinin beynəlxalq münasibətlər sistemində güclü olacağını göstərməkdədir. Məhz buna görə İzrail dövləti və onun dəstəkçiləri Fələstin dövlətinin qurulub güclənməsindən öncə “yeni orta şərq düzənini” formalaşdırmağa çalışmaqdadırlar. Ərəblərə görə, Fələstin dövlətinin qurulması ərəb gücünün üstünlüyünə səbəb olacaq və yeni fələstin dövlətinin də iştirak edəcəyi hal-hazırda ərəb millətçiliyinin idealı olan böyük vahid ərəb dövləti və ya ərəb ölkələri federasiyası qurulacaq, bununla da ərəb-islam dünyası İzrailin və ABŞ-ın bölgədə yaratmaq istədikləri çox millətli, çox dinli, çox kültürlü federasiyasının gündəmə gətirilməsinin qarşısı alınacaqdır. Bunu hesablayan İzrailə görə, əgər proses ərəb gücü xeyrinə dəyişsə, bu İzrailin və yeni dünya düzəni siyasətinin sonu olacaqdır. Belə olan təqdirdə tarixin qədim dövrlərində 2 dəfə bölgəsəl proseslər nəticəsində yıxılmış olan yəhudi dövləti üçüncü dəfə tarixin səhifələrinə qarışa bilər. Məhz bu səbəbdən bölgədə Ərəb gücünün formalaşmasının qarşısını hər vəchlə almaq; Fələstin dövlətinin qurulmasına imkan verməmək; İraqın parçalanması ilə Ərəb olmayan yeni kürd dövlətinin qurulmasına nail olmaqla bölgədəki ərəb nifuzunu parçalamaq, Kürd faktoru ilə həmçinin gələcəkdə Orta Doguda yenidən yaradılması ehtimal olunan islam gücünü parçalamaq, bölgəsəl güc olma ugrunda mübarizə aparan Türkiyə və iranı Kürd faktoru ilə Zəiflətmək, bu Məqsədlə İran Kürdüstanı,Türkiyə Kürdüstanı muxtariyyətini qurmaq, Anadolu ilə Güney Azərbaycanı birləşdirən Qərbi Azərbaycanı kürdləşdirməklə -Türkiyə və gələcəkdə qurulması ehtimal olunan müstəqil güney Azərbaycan dövlətinin əlaqələrini qırmaq, Naxçıvanı kürdləşdirməklə Quzey azərbaycanı anadoludan ayırmaq,Türkiyə-Quzey Azərbaycan-Güney-Azərbaycanı kürd faktoru ilə bölməklə Erməni dövlətinin güclənməsini və Qarabagın Erməni işgalı altında qalması prosesini uzatmaqla, ərəb, türk cografiyalarını, islam sivilizasiyasını bölmək, beləliklə çox millətli, çox dinli, çox kültürlü bir orta şərq bölgəsində İzrailin mövcudluğunun təmin edilməsi ortamını yaratmaq siyasəti gündəmdədir. İzrailin yaşaması üçün Kürd və Erməni dövlətlərinin varlıgı şərtdir və bu dövlətlərin yaşaması beynəlxalq siyasətdə qarantiyə alınmaqdadır. Beləliklə ABŞ-ın «Yeni dünya düzəni» adlı orta şərq siyasəti Əsas güc mərkəzi ərəb və türk olmayan çoxmillətli, çox kültürlü, çox dinli bir bölgə qurmağı və İzrail mərkəzli, müsəlman olmayan bir orta şərq yaratmağı hədəf alır. Bu baxımdan bizə görə XXI əsrin II yarısında orta şərq «Yeni dünya düzəni» siyasətinə uyğun formatda şəkillənəcək. Beləliklə ya siyasi islam zəifləyəcək, nəzarət altına alınan və ABŞ və qərb mənafeyinə uyğun idarə olunan islam modeli, islam kültürü(Fətullah Gülənin fəaliyyəti və Nurçuluq dini sektasının qurulması buna hesablanmışdı) ortaya çıxacaq, qərb dəyərlərinin, Texnisizminin zəfərlərinə uyğun olaraq Pentaqondan idarə olunan qlobal imperiya yaranacaq, ya da, bu prosesin qarşısını ala biləcək Ərəb-Türk dünyası işbirliyi ilə ABŞ və qərb mərkəzli beynəlxalq hərbi iqtisadi, siyasi, hüquqi düzən çökəcək, iki bərabər hüquqlu siyasi, iqtisadi, hərbi gücə çevrilmiş qərb və şərq sivilizasiyaları arasında (İslam və Xristian) balans yaratmaqla dialoq anlayışı beynəlxalq münasibətlərin əsas proritetlərinə və hüquqi normasına çevriləcəkdir.
Nəticə. Quzey İraqda qurulmuş kürd dövləti Azərbaycanın və türkiyənin ərazi bütünlüyünə, gələcəyinə təhdiddir. İndiki İraqın Bagdad, Kerkük, Mosul, Süleymaniyyə, Ərbil, Sincar,Telafar, Altunkörpü, Köysancaq, Tuzhurmatu bölgələri qədimdən bəri Azərbaycanın siyasi cografiyasının tərkib hissəsi olmuş,tarix boyu Azərbaycan kültür arealına daxil olmuşdur. Kərkük türkmanlarının vətəni Bagdad, Kərkük, Ərbil ,Süleymaniyyə, Mosul qədimdən bəri Azərbaycan türklərinin vətənidir. Tarix boyu İraqın şimal və mərkəzi bölgələri türk bölgələri olmuşdur.Türklər burda Azərbaycan və Anadoluya baglı böyük mədəniyyətin təməllərini atmışlar. İqlim və cografiyası etibarı ilə Anadolunun, dil və Kültür yapısı etibarilə Azərbaycanın davamı olan Bu günkü İraqın Bagdad, Samarra, Mosul, Sincar, Kərkük, Ərbil, Telafar, Köysancaq, Altınkörpü, Tuzhurmatu kimi bölgələri 1055-ci ildən günümüzə qədər Türk kültür və ənənələri ilə yogrulmuş bir türk mərkəzidir. Türk memarlıq və sənət abidələri ilə bəzənmiş bu bölgələr Türk –İslam sivilizasiyasının elm,mədəniyyət mərkəzləri olmuşdur. Iraq türklərinin yerləşdiyi ərazilərdə rəsmi iraq hökümətləri tərəfindən yeridilən inzibati-ərazi siysəti türk torpaqlarının əllərindən alınmasına , türklərin demoqrafik balansının pozulmasına və assimilyasiya olunmasına zəmin hazırlamışdır. Məsələn Kərkükün ərazisi 1977-ci ildə 19.543 km olmuşdusa ,sonradan 9.426 km düşürülmüşdür. 1957-ci ildən etibarən türklərin yerləşdiyi vilayətlər-Mosul (Mosul vilyətinə 9 mahal,26 rayon,2153 kənd daxil idi), Ərbil (Ərbil vilayətinə 6 mahal,15 rayon,1151 kənd daxil idi), Kərkük (Kərkük vilayətinə 4 mahal,14 rayon,1274 kənd daxil idi), Diyala (Diiyala vilayətinə 5 mahal, 13 rayon və 718 kənd daxil idi) vilayətləri sistemli şəkildə türklərdən təmizlənməyə başlamış, ərəb , kürd köçkünləri bu ərazilərdə yerləşməyə başlamışlar. Bölgədə kürdləşdirmə elə sürətlə aparılmışdır ki, nəticədə kürd silahlı qruplaşmaları indi türk torpaqları üzərində kürd dövləti qurmaga çalışır.Sual olunur, Bu bölgə Türklərlə məskunlaşdıgı halda, türk torpagı oldugu halda niyə burda türk dövləti yox, kürd dövləti qurulur. Məsələ aydındır,çünki ABŞ və Qərb belə istəyir.Çünki son yüz ildir türk azınlıqlarını və bölgələrini qoruya biləcək türk dövləti və türk ordusu,türk siyasəti, türk maraqları yoxdur.
.Türkiyə və Azərbaycan yaxın şərqdə,İraqda öz gələcək təhlükəsizliyi,strateji maraqları istiqamətində fəal siyasi mövqe nümayiş etdirməlidir. Kərkük bölgəsi Türkiyə və Azərbaycanın dövlət təhlükəsizliyinin açarıdır. Əgər İraq türkləri etnik təmiizləmə və soyqırıma ugradılmaqla bölgədən silinəcəksə bu kürdlərin İraqda güclənməsinə, Güney Azərbaycanın Urmiya bölgəsini də nəzarətə götürməsinə və bütövlükdə Qərbi Azərbaycanın kürdləşdirilməsinə səbəb olacaqdır. Beləliklə də Türkiyəni Güney Azərbaycanla baglayan Urmu bölgəsində tampon kürd bölgəsi yaranacaq və Güney Azərbaycanla Türkiyə bir-birindən təcrid ediləcək. Bu Anadolu və Azərbaycan arasında bagların həmişəlik qopmasına, türk dünyasının gələcəyinə cox böyük zərbə olacaqdır.Qeyd etməliyəm ki,Kürdlər təkcə Kərkük ərazilərinə deyil, Günüy Azərbaycanın Qərbi Azərbaycan ostanlıgı ərazilərinə də iddia etməkdədirlər.Bunu da qeyd etməliyəm ki, 1943-cü ildə Pişəvərinin rəhbərliyi ilə Azərbaycanda başlayan Milli Azərbaycan hərəkatından yararlanan kürdlər tarixi Azərbaycan torpaqlarında-Maraga, Sınıqqala, Həmədan, Sənəndəc və digər Azərbaycan ərazilərində müstəqil Mahabat kürd dövləti yaratdılar.İnqilabın süqutundan sonra bu ərazidə Kürd ostanlıgı yaradıldı ki , hazırda bura İran Kürdüstanı adlandırılmqdadır. Bu Azərbaycan türklüyünün XX əsrdəki ən böyük məglubiyyətidir.İrəvan xanlıgı,Qarabag Ermənilər tərəfindən,Güney Azərbaycanın Maraga, Sınıqqala, Həmədan, Sənəndəc bölgələri kürdlər tərəfindən mənimsənilmişdir. Bununla bərabər Kürdlər Qərbi Azərbaycanın Urmiya ,Sulduz, Maku, Xoy, Tikantəpə bölgələrini də Kürdüstan adlandırmaqda və Tarixi torpaqlarımızı ələ keçirmək üçün mübarizə aparmaqdadırlar.Türkiyə və Azərbaycan isə bu proseslərə müdaxilə etmək,özünü müdafiə etmək imkanından məhrum edilmişdir. Kərkük bölgəsində Kürdüstan dövlətinin qurulması,Urmu bölgəsinin və Naxçıvanın da kürdləşdirilməsi projesi istiqlal ugrunda mübarizə aparan Güney Azərbaycanın gələcəkdə Kürdüstan –Ermənistan arasında sıxışdırılmasına və Quzey azərbaycandan,Türkiyədən təcrid olunmasına gətirib cıxaracaqdır.Beləliklə də Bütöv Azərbaycan ideyası fiaskoya ugrayacaqdır yəni Quzey Azərbaycanla Güney Azərbaycan arasında ərazi, torpaq birliyinin mövcudluguna zərbə vurulacaq hər iki Azərbaycan “Kürdüstan”, “Ermənistan” təhdidi altında qalacaqdır. Qeyd edim ki, İran rejiminin Urmu gölünün qurudulması və Azərbaycan türklərinin bu ərazilərdən köçürülməsi planı da Anadolu və Azərbaycan arasında cografi, etnik, Kültür baglarının qoparılması siyasətinə xidmət etməkdədir.
Yasəmən Qaraqoyunlu

Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |