Şrift:
TƏBRİZDƏ QƏLƏBƏ COŞQUSU
17.05.2012 [12:08] - Güney Azərbaycan xəbərləri, İdman
Təbrizin “Traxtur” futbol komandası artıq yekunlaşan İran çempionatını 2-ci yerlə başa vurub. Bununla da “Traxtur” komandası Güney Azərbaycanı Asiya Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. “Traxtur”un Ənzəli komandasını 2-0 hesabı ilə yendiyi son oyundan sonra gecə yarısınadək Təbrizin Nisfirah məntəqəsində şənliklər davam edib.



Həmvətənlərimiz “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Təbriz-Bakı-Ankara, biz hara, farslar hara!” kimi milli şüarlar səsləndirib. Xüsusilə də fars rejiminin Təbrizdə təfriqə salmaq, Quzey və Güney Azərbaycan arasında nifaq toxumu səpmək istiqamətində cəhdlər göstərdiyi bir ərəfədə Təbriz komandasının bu zəfəri böyük coşqu yaradıb və milli ruhu yüksəldib.
Bu xəbər oxucular tərəfindən 1988 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed