Şrift:
Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir
17.05.2012 [12:12] - Gündəm
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 16-da saat 21.25-dən 21.45-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri, saat 16.00-dan 16.15-dək, 17.23-dən 17.55-dək və 23.10-dan 23.25-dək Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 13.15-dən 13.20-dək, 13.30-dan 13.40-dək və mayın 17-də 01.40-dan 01.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.00-dan 17.05-dək və mayın 17-də 00.45-dən 00.55-dək Ağdam rayonunun Mərzili və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, mayın 17-də saat 01.40-dan 01.50-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed