Şrift:
BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyalar qəbul edib
17.05.2012 [12:32] - Güney Azərbaycan xəbərləri
BMT Təhlükəsizlik Şurası silah qaçaqmalçılığında təqsirli bilinən iki İran vətəndaşına və şirkətinə qarşı sanksiya tətbiq edib.Bu qərarla Əzim Ağacani və Əli Əkbər Təbatabainin xaricdəki bütün bank hesabları və əmlakı dondurulacaq, onlara xarici ölkələrə səfər etmək üçün viza verilməyəcək. BMT ekspertlərinin qənaətinə görə, bu iki şəxs İran İslam İnqilabı Keşikçilər Korpusuna (“Sepah”) daxil olan “əl-Qüds” xüsusi xidmət orqanının əməkdaşlarıdır və silah qaçaqmalçılığı ilə məşğul olurlar. Eyni zamanda “Sepah”a bağlı olduğu bildirilən və sanksiya siyahısına daxil edilən “Behineh Trading” şirkətinin də xarici hesabları dondurulub.
Qeyd edək ki, Ə.Ağacani və Ə. Təbatabaiyə qarşı Avropa Birliyi də sanksiya tətbiq edib.
Bu xəbər oxucular tərəfindən 1256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed