17.08.2017 [09:57] - Gündəm, Bildiriş
ABŞ Dövlət Departamenti avqustun 15-də bəyanat yayaraq İrana səfər etmək istəyən, ikili vətəndaşlığı olan İran əsilli Amerika vətəndaşlarına xəbərdarlıq edib.
Bəyanatda bildirilir ki, İrana səfər edən və ikili vətəndaşlığı olan Amerika vətəndaşları bu ölkədə təzyiq, təqib, həbs və zindan təhlükəsi ilə üz-üzə qala bilərlər: “İrana getmək istəyən Amerika vətəndaşları son dərəcə ehtiyatlı davranmalı, sadalanan bu kimi təhlükələri nəzərə almalı, yaxud da bu ölkəyə səfəri təxirə salmalıdır.
Təəssüflər olsun ki, İran rəsmiləri bu ölkəyə səfər edən, ikili vətəndaşlığı olan Amerika vətəndaşlarına qarşı ədalətsiz davranaraq onları, o cümlədən də tələbələri, jurnalistləri, tacir və biznesmenləri, eləcə də universitet müəllimlərini müxtəlif bəhanələrlə tutub həbsə salır və onların ölkəni tərk etməsinə qadağa qoyur. Bu qadağa isə bəzən aylarla davam edir.
Bəyanatda həmçinin hazırda İranda həbsdə saxlanılan, casusluqda və düşmən ölkələri ilə əməkdaşlıqda günahlandırılan bir sıra Amerika vətəndaşlarının, o cümlədən də Siyamək və Bağır Nəmazinin və başqalarının adları çəkilir və onların azadlığa buraxılması tələb edilir.
Qeyd edək ki, İran İslam Respublikası ikili vətəndaşlığı tanımır.

Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |