Şrift:
Barselonada zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur - ilkin məlumata görə
18.08.2017 [09:32] - Gündəm, Bildiriş
İlkin məlumatlara görə, Barselonada baş vermiş terror aktı nəticəsində zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə Frans Press agentliyi yerli hakimiyyətin məlumatına istinadən xəbər verir.

Daha əvvəl agentlik terakt nəticəsində azı 18 ölkənin vətəndaşının xəsarət aldığını bildirib.

Məlumata görə, xəsarət alanlar arasında Fransa, Almaniya, İspaniya, Niderland, Argentina, Venesuela, Belçika, Avstraliya, Macarıstan, Peru, Şimali İrlandiya, Yunanıstan, Kuba, Makedoniya, Çin, İtaliya, Rumıniya və Əlcəzair vətəndaşları var.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 100 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed