17.05.2012 [13:12] - Siyasət
Londonda Vestminster (şəhər şurasının) ərazisində Mərmər arkanın yanında Çingiz Xanın heykəli qoyulub. 5 metr hündürlüyündə olan atlı heykəl sentaybrın əvvəlinə qədər Londonluları feyziyab edəcəkdir.
Vestminsterin təşəbbüsüylə yay olimpiya və paralimpiya olunları dövründə, həmçinin əlahəzrət ingilis kraliçasının almaz yubileyi ərəfəsində Londonda “heykəllər şəhəri” festivalı keçirilir. Bütün dünyadan heykəltəraşlar öz xalqlarının tanınmış simalarına həsr etdikləri və bir qədər irrasional formada olan heykəllərini Londonda nümayiş etdirirlər.
Rusiyanın Buryatiya Respublikasında buddist mədəniyyəti ənənələrini yaşadan Sibir kəndində doğulmuş heykəltəraş Daşi Namdakov Monqol İmperiyasının banisinə ucaltdığı heykəli Londona gətirib. İngilis KİV-nə verdiyi müsahibələrdə Namdakov göstərir ki, bu il Çingiz Xanın 850 illiyi tamam olur. “Əgər mən onu döyüşçü kimi təsvir etmək istəsəydim, bunu edərdim. Lakin burada onu filosof kimi təsvir etmişəm. Mənim vətənimdə (Buryatiyada), həmçinin Kalmıkiyada və Monqolustanda ona ilahi şəxsiyyət kimi baxırlar.” - deyə heykəltəraş bildirir.
Qeyd edək ki, Namdakov həmçinin Londonun Halcyon qalereyasında öz rəsm və heykəllərinin sərgisini keçirəcək. İngiltərənin Mühafizəkarlar partiyasının ikinci adamı olan Robert Devis Çingiz Xanın heykəli barədə bu sözləri bildirmişdir: «Heykəllər şəhəri festivalı ilham vermək, mədəniyyətə çağırış etmək və maarifləndirməyə yönəlib. İncəsənət o zaman öz məqsədinə çatır ki, o, reaksiya yaradır və dialoqa məcbur edir. Çingiz Xanın atlı heykəli çox gözəl əsərdir».
Ser Devisin bu sözləri Çingiz Xanın heykəlinə qarşı London elitası daxilində səslənmiş tənqidlə əlaqədar idi. Belə ki, Leyboristlər Partiyasının lideri Pol Dimoldenberq narahatlıqla London televiziyasına müsahibəsində qeyd edir ki, “milyonlarla insanın həyatın son qoymuş, böyük mədəniyyətləri dağıtmış, xalqları soyqırıma uğratmış orta əsr faşistinə Londonda yer olmamalıdır”.
Leyboristlərin lideri Çingiz Xana münasibətdə öz dözümsüzlüyünü daha aşırı formada göstərmişdir: “Mərmər arkanın yanında bu cür ləkəli tarixi şəxsiyyətə heykəl qoymaq barədə qərar çıxaranda Vestminsterdəki mühafizəkarlar deyəsən göylərdə uçurdular? Onlar Londonda daha hansı bədheybətə heykəl qoyacaqlar? Stalinə? Səddam Hüseynə, yaxud Pol Pota?”.
Qeyd edək ki, son tədqiqatlara görə, Çingiz Xan barəsində maraqlı nəticələr ortaya çıxıb. Xəzər dənizindən Yapon dənizinə qədər uzanan Çingiz Xanın imperiyasından 700-dən yuxarı xalq və dövlət var idi. 25 il ərzində monqollar, müqayisədə 400 il ərzində romalılardan daha çox ərazilər tutmuş və xalqları əsir etmişlər.
Çingiz Xan öz dövrü üçün qabaqcıl hərbi strateq olmuş və bundan əlavə, məhz onun dövründə Avraasiya məkanında kağız pullar, poçt sistemi və dini dözümlülüyün əsasları qoyulmuşdu. DNT testləri göstərir ki, Asiyada yaşayan hər 500 kişidən biri Çingizin nəslindəndir.
Rusiyada, İranda, Koreyada, Çində, Ukraynada, Polşada və Macarıstanda Çingizə münasibət yaxşı deyil. Bu ölkələrin tarix məktəblərində Çingiz Xan vəhşi və qəddar işğalçı kimi təsvir olunub. Hesablamalara görə, nəhəng işğalları dövründə Çingiz Xanın başladığı müharibələrdə 40 milyona yaxın insan məhv edilib.
Çingiz Xanın işğalları daha çox Türk Dünyasına zərbə vurmuş və bu zərbədən sonra Avroasiyada və Avropada qeyri-türk xalqlarının hegemonluğu üçün şərait yaranmışdır. Amma bununla yanaşı monqol istilası farslaşmaqda olan Türk Dünyasının sonuncu elitasında (Osmanlılarda) milli hisslərin baş qaldırmasına səbəb olmuşdur.
Hazırladı: Pərviz Elay

Bu xəbər oxucular tərəfindən 1383 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |