Şrift:
Bakı Nəqliyyat Agentliyi “Sahil” metrosunun bağlanması ilə bağlı daşıyıcılara xəbərdarlıq edib
18.08.2017 [16:00] - Gündəm, Bildiriş
Bakı Nəqliyyat Agentliyi “Sahil” metrosunun bağlanması ilə bağlı daşıyıcılara xəbərdarlıq məktubu göndərib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. O bildirib ki, “Sahil” metrosunda aparılacaq təmir işləri zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin həmin istiqamətdə rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 5,18, 88 və 125 nömrəli müntəzəm marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq məktubu göndərib. Daşıyıcılara təmir işləri başa çatanadək avtobuslararası intervala maksimum dərəcədə əməl etmək tapşırılıb.

M.Ağayevin sözlərinə görə, həmçinin sərnişin axınına uyğun olaraq zərurət olacağı halda interval azaldılması, eyni zamanda, ehtiyac yaranarsa, sözügedən marşrut xətləri üzrə avtobusların sayının artırılması da daşıyıcılara tapşırılıb.
Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed