Şrift:
ABŞ-ın İrana qarşı hərbi əməliyyat planı
17.05.2012 [18:22] - Siyasət
ABŞ artıq İrana qarşı hərbi əməliyyat planını hazırlayıb. Plan artıq reallaşmağa hazırdır”. “Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu sözləri Tel-Əvivdə keçirilən qeyri-rəsmi görüşdə ABŞ-ın İsraildəki səfiri Dan Şapiro deyib. Amerikalı səfirin sözləri qapalı foruma daxil olan İsrail qəzetlərindən birinin müxbiri tərəfindən qeydə alınıb.
Şapiro, həmçinin qeyd edib ki, İranın nüvə problemini beynəlxalq təzyiqdən istifadə edərək, hərbi güc olmadan diplomatik yola həll etmək daha məqsədəuyğun olardı: “Lakin bu heç hərbi variantın olmayacağı anlamına gəlmir”. Diplomat onu da əlavə edib ki, ABŞ İrana zərbə endirməyə tam olaraq hazırdır: “İsraili məhv etməklə təhdid edən, beynəlxalq terrorizmi dəstəkləyən İran kimi bir dövlətin nüvə enerjisinə sahib olmasına imkan vermək çox risklidir”.
Bu xəbər oxucular tərəfindən 1368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed