17.05.2012 [18:52] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı fəallara qarşı təzyiqlər davam edir.Azərbaycanlı milli-mədəni fəal Saman Cahanpur mədəni zəmində etdiyi fəaliyyətlərinə görə Təbriz universitetindən uzaqlaşdırılıb.Bu barədə azərbaycanlı fəalın yaxınlarından biri məlumat verib.Məlumata görə, birinci kurs öyrəncisi Cahanpur İran kəşfiyyatının təzyiqi nəticəsində universitetdən uzaqlaşdırılıb. Bu hadisə keçən ay baş versədə, xəbər yeni yayılıb.Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal keçən il sentyabrda (şəhrivər) Urmu Gölü ilə bağlı keçirilən etirazlar zamanı Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) qüvvələri tərəfindən tutuqlanmışdır.
Bu xəbər oxucular tərəfindən 1074 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |