22.08.2017 [10:40] - Gündəm, Gənclik, Bildiriş
Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri haqqında bəzi statistik göstəriciləri açıqlayıb.
DİM-dən bildiriblər ki, 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrində 8 min 4 plan yerləri ayrılıb. Keçirilən müsabiqənin nəticələrinə əsasən 7 min 806 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul planı ümumilikdə 97,51 faiz yerinə yetirilib. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100 faiz dolub. Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer (2.49 faiz) boş qalıb. Tələbə qəbulu aparılan 54 orta ixtisas təhsili müəssisəsinin 42-də qəbul planı 100 faiz yerinə yetirilib.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 22‑dən 31‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |