23.08.2017 [09:34] - Gündəm, Gənclik, Diaspor, Bildiriş
Bu gün Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun növbəti panel iclası "Beynəlxalq münasibətlərin gələcəyi mövzusu"na həsr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, iclasda Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Latviyanın sabiq Prezidenti Valdes Zatlers, Xorvatiyanın sabiq Prezidenti İvo Yasipoviç çıxış ediblər.
İvo Yosipoviç panel iclasındakı çıxışında son dövrlər Amerikada baş verən siyasi dəyişikliklərin nəticələrindən danışıb. Amerika-Çin münasibətlərinə toxunan sabiq Prezident müasir dövrdə böyük dövlətlər arasında ziddiyyətlərdən daha çox kiçik dövlətlərin əziyyət çəkdiyini vurğulayıb. Xüsusilə də Suriya məsələsinin narahatlıq doğurduğunu bildirən sabiq Prezident vuğulayıb ki, artıq bəzi dövlətlər tərəfindən terrorçuluğa qarşı mübarizədə müvafiq tədbirlər görülür. "Mövcud təhlükələrin qarşısının zamanında alınmaması gələcəkdə hər bir ölkədə, hər bir regionda özünü göstərəcək" deyə İvo Yosipoviç bildirib.
Valdes Zatlers isə çıxışında beynəlxalq münasibətlərin gələcəyindən danışarkən qeyd edib ki, bu sahədə əsas problemlərdən biri özünü təcridetmə siyasətidir. "Özünü təcrid etmək yaxşı nəticələrlə yekunlaşmır. Hüquqi çərçivə cızmalıyıq. Müəyyən hüquqi qaydalar formalaşdırmalıyıq",-deyə sabiq Prezident çıxışında bildirib. O, əlavə edib ki, bu qaydaların müəyyən olunmasında bütün ölkələr bərabər şəkildə iştirak etməlidir. "Yeni hüquqi çərçivələr müəyyən edilərkən bunlar tək hüquqa yox, həm də dəyərlərə əsaslanmalıdır",-deyə sabiq prezident bildirib.
Zlatko Laqumciya gələcəkdəki beynəlxalq münasibətlərin yeni bir modelinin qurulmalı olduğunu bildirib. "Dünyəvi təsisatlar, fərdlər də buna qoşulmalıdır. Yeni idaretmə üsulları hazırlanmalıdır. İkinci dünya müharibəsindən sonra çox şey dəyişib. Berlin divarının sökülməsindən sonra anladıq ki, yeni çoxqütblü dünya yaranır. Avropa İttifaqı mürəkkəb, ancaq vahid təsisatdır. Onun ətrafında xırda dövlətlər, təsisatlar var. Kiçik oyunçuları nəzərə almasaq, dünyanın yeni düzənini müəyyənləşdirə bilmərik. Bütün dinlərdə vahid ortaq qızıl qaydalar olduğu kimi bizdə də hamının qəbul etdiyi qızıl qaydalar müəyyən olunmalıdır. Birinci növbədə, beynəlxalq münasibətlərin stabil gələcəyi üçün zəmin yaradılmalıdır. Hədəflərimiz, məqsədlərimiz olmalıdır. Necə edək ki, 15 ildən sonra planetimiz daha yaxşı bir dünyaya çevrilsin? Yeni dünya quruluşunun formalaşması üçün ətraf mühiti dəyişdirib stabilləşdirmək lazımdır. Yeni oyunçular peyda olur, münaqişə ocaqları meydana çıxır. Bu çətinlikləri görüb stabil vəziyyət yaratmalı, ədalətsizliyi aradan qaldırmalıyq. Ədalətsizlik müxtəlif sahələrə aid münasibətlərdə təzahür edə bilər. Texnologiyanın insanlara təsirini, təhsil səviyyəsini nəzərə almaq vacibdir. Bu günün beynəlxalq münasibətlərində təhsilin təsiri çox böyükdür. Ümid edirəm ki, bütün bu problemləri həll edərək dünyanın daha yaxşı gələcəyini təmin edəcəyik".
Türkiyənin sabiq Xarici işlər naziri Hikmət Çətinin moderatorluğu ilə keçirilən Qlobal Gənc Liderlər Forumunun növbəti panel iclası "Gələcəyə baxış: qloballaşma və iqtisadiyyat" mövzusuna həsr edilib. Panel iclasda çıxış edən Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM həmsədri İsmayıl Seragəldin Şərqi Asiya regionunun dünyada əsas siyasi oyunçuya çevrildiyini diqqətə çatdırıb. Ticari sazişlər, investisiya axınında baş vermiş dəyişikliklər, eyni zamanda bərabərsizliyin, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasının iqtisadiyyata mənfi təsirlərindən söhbət açıb. Çin, Sinqapur, Honkonq, Tayvan kimi dövlətlərin iqtisadi qüdrətindən danışan həmsədr son zamanlar Çinin iqtisadi cəhətdən qüdrətlənməsini qeyd edib. Süni intellektin inkişafına toxunaraq, əldə edilmiş elmi nailiyyətlər, istehsalat modellərinin dəyişməsi, robotların tətbiqi, sənaye inqilabları barədə fikirlərini bildirib, iqtisadi böhrandan çıxmaq üçün hökumət tərəfindən hansı addımların atılmalı olduğunu qeyd edib: "Bu problem beynəlxalq münasibətlərin başlıca prinsiplərinə əsaslanaraq həll edilməlidir. Etibarlı kredit sistemi yaradılmalıdır. Mikrokreditləşmə sistemi səmərəli şəklidə tətbiq edilməlidir",- deyə o bildirib.
Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov çıxışında qloballaşmanın fəsadlarına toxunub və bildirib ki, bu fəsadlar müxtəlif sahələrə öz təsirini göstərir. Qloballaşmanın qaçılmaz və real bir proses olduğunu nəzərə çatdıraraq qeyd edib ki, qoballaşma fiziki sərhədləri aradan qaldırmaqla, ölkələr arasında kapital dövriyyəsini təmin edir. "Qloballaşma transmilli şirkətlərin gücünü artırır, biznes üzərinə nəzarəti gücləndirir", - deyə Stoyanov bildirib.
Daha sonra çıxış edən Paul Revay qloballaşmanın siyasi modullarından, qlobal təsisatların rolundan, qloballaşma faktorunun Qərbi Avropa ölkələrində proteksionizm siyasətinə, habelə qeyri-bərabərlik faktoruna təsirlərindən bəhs edib.
II Dünya müharibəsindən sonra Bretton Vuds sistemi, Ümumdünya Ticarət Təşkilatının fəaliyyəti, çoxtərəfli institutlar, kapital axını, Rusiya və Çinin iqtisadi potensialı haqda fikir bildirən P.Revay siyasi yeniliklər, texnoloji dəyişikliklərin qloballaşmaya təsirindən danışıb, mənfəət verə bilən, biznesin müxtəlif seqmentlərinə əsaslanan güclü beynəlxalq təsisatların yaradılmasının zəruriliyini vurğulayıb. O həmçinin qeyd edib ki, hökumət səviyyəsində çoxtərəfli institutların fəaliyyəti ilə bağlı təkliflər verilməlidir və bunun üçün xüsusi proqramlar işlənib hazırlanmalıdır.
Sonda gənc liderlərin sualları cavablandırılb və panel iclası müzakirələrlə işini davam etdirib.

Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |