23.08.2017 [10:32] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
"Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ölkəmizə olan etimaddan irəli gəlir"
img
Fərəc Quliyev: "Tanınmış, nüfuzlu şəxslərin ölkəmizdə keçirilən tədbirlərdə iştirakı Azərbaycanın təbliği baxımından əhəmiyyətlidir"
Məlum olduğu kimi, ötən gün Bakıda Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu öz işinə başlayıb. 4 gün davam edəcək forumda iştirak etmək üçün bir neçə ölkənin sabiq prezidentləri, baş nazirləri, nüfuzlu ictimai və dövlət xadimləri Bakıya gəlib.
Məlumat üçün bildirək ki, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin forumda iştirak edirlər.
Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq gəlib. Toplantı çərçivəsində keçiriləcək panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, foruma dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısı, nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları da qatılıb.
Paytaxt Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun mahiyyəti barədə danışan millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, artıq uzun müddətdir Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: "Bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ölkəmizə olan etimaddan irəli gəlir. Həmçinin, tədbirlərin keçirilməsi təhlükəsizlik baxımından ölkənin nüfuzunun daha bir nümunəsidir".
Millət vəkili hesab edir ki, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi Azərbaycanın ictimai nüfuzunun tanıdılmasında mühüm rol oynayır: "Bizim ölkədə keçirilən tədbirlər xüsusi bir mahiyyətdə keçirilir. Tanınmış, nüfuzlu şəxslərin ölkəmizdə keçirilən tədbirlərdə iştirakı Azərbaycanın təbliği baxımından əhəmiyyətlidir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından vacibdir".
Günel CƏLİLOVA

Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |