23.08.2017 [16:22] - Xəbərlər, DAVAMın yazıları
Mirzə Ələkbər Sabir haqqında harada bir məlumata rast gəlsək onu çox diqqətlə oxuyarıq. Bu günlərdə də M.Əl.Sabirin bir məktubu qarşımıza çıxdı. Həmin məktubda şair müəllim işləmək üçün müraciət etdiyini və cavab almadığı qeyd edir. Kömək üçün 17 avqust 1908-ci ildə tanınmış maarif xadimi, müəllim, yazıçı, dərsliklər müəllifi olan Sultan Məcid Qənizadəyə məktub yazır.
Enter.News həmin məktubu təqdim edir:
“Maarifpərvəri-möhtərəm Sultan Məcid Qənizadə hüzuri-alilərinə!
Rüfətli bəy əfəndim!
Sabiqdə məhəlli qəzetələr vasitəsilə nəşr olunan mənsəbiniz dənəzliniz xəbəri hüznavərini hər nə qədər qəzetə idarələri təkzib edirlər idisə də, bilkülliyyə əmniyyəti-qəlb hasil olmuyordı. Binaənəleyh bu xəbəri-küdurətəngiz Şamaxıda olan dostlarınız üçün bir mayeyi-alam, bir məbdəi-əkdar olmuşdu.
Bunu mütəaqib dusti-həqiqimiz Mahmudbəy cənablarına və nuriçesmi Məhəmmədtəqi bəradərimizə tərəfi-alilərindən irsal buyurulan məktublara o sözlərin əsassız olduğunu yazmış olduğunuzu bilmişdik.
Bilmişdik isə də, yenə rahət olamuyorduq. Ta ki, qəzetələrdə təbdili-mənsəb xəbəri məsərrətbəxşalərini oxumaqla mafövqülhədd məmnun olduq.
Bu mənsəbi-alilərin təbrik ilə zati-ədibanələrinin yövmənfəyövmən tərfii-rütbə etməkləri ilə millətə xidmətdə paydar və bərqərar olmaların cənab həqdən ən səmimülqəlb niyaz edirəm.
Acizlərinə gəlincə, bu vəqtə qədər çarçeşmi-intizar ilə yolunuzu gözləyənlərin ən birincisi mən idim. Zira zati-fəzilətməabləri ilə məvasilətmizi arzu edirdim. Həm də kəndi əfkari-məxsusəmi şifahi olaraqə ərz edəcəkdim.
Nə edəyim ki, Şamaxını ədəmi-təsrifinizlə bu məqsədimə müvəffəq olamadım.
Şimdi müsaidə edərisəniz burada olsun kəndi halımdan bir qədər yazmaq istəyirəm.
Əvvələn, Şamaxının halı sizə məlumdur. Siz də bilirsiniz ki, bura mənim kimilər üçün bir zindani-fəlakətşümuldur. Odur ki, getdikcə məişətim tənəzzül ediyor. Əvət, bu tənəzzülü mən də sevirəm; çünki iştiyaq və məhəbbətim elm və məarifədir. Böylə olduğu üçündür ki, beş ay olur ki, mədari-məişətim olan dükancığazımı füruət edib, üsulitədrisin əməli olaraq qanun və qəvaidin təhsil üçün fəzilətməab Əbdülzalıq əfəndinin məktəbinə getməklə bərabər, məktəbə lazım olan ülumə də kəsbi-bələdiyyət etmişəm.
Hala iki aydan ziyadədir ki, o məktəbdə uşaqlara təlim edirəm.
Həm də təlimimi təqdir ediyorlar.
Simdi əcəba nə ediyim? Bir yer yox ki, oraya təyin olunub da vəzifəmi icra edəyim.
İki ay bundan müqəddəm “Tazə həyat”da Bakıdakı “Səadət” məktəbinə iki nəfər müəllimin lüzumi babində bir elan var idi. Bu elanı görərək mən də oraya bir ərizə verdim.
Bu anə qədər bir xəbərim yox. Bilmirəm nasıl oldu?
Bunlara o qədər əmniyyətim yoxdur. Yalnız ümidim sizədir ki, təhri-idarənizdə və ya başqa yerlərdə məhlul bir yer bulunar isə orasını acizləri üçün qazanmağa çalısacaqsınız.
Hər halda mövqei düşdükdə bəndələrini fəramuşi-xatir etməyib, məmnun edəcəyinizə
əminəm. Baqi ixlas və məhəbbət.
Əli Sabir Tahirzadə Şamaxı
17 avqust 1908"
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 1075 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |