24.08.2017 [10:24] - Gündəm, Sağlıq, Diaspor
Onunla ilk tanışlığımız telefon danışığı ilə başladı. İlk danışığımızda zəhmli və qaraqabaq təəssüratı yaransa da, görüşümüzdə “Gəncədən sizə salamlar var” deməyim və onun bundan qaynaqlanan təbəssümü düşüncələrimi alt-üst etdi. Çünki onun Kiyevə gedən yolu Gəncədən başlayıb…
Məmməd Bağırov - ona peşəsinin “generalı” deyirlər. O, yüzlərlə insana yeni həyat bəxş edib. 1964-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini bitirərək 1968-ci ilədək Gəncə şəhərində cərrah işləyib. Gəncədən Kiyevə aspirant olmaq arzusu ilə gələrək 1968-1972-ci illərdə Kiyev Həkimlərin İxtisasartırma İnstitutunda cərrahiyyə kafedrasının aspirantı olub. 1972-ci ildə elmi işini müdafiə edərək elmlər namizədi dərəcəsi alıb. 1988-ci ildə “Traxeya xəstəliklərinin cərrahi müalicəsi” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi alıb. M.Bağırov 1977-ci ildən cərrahların, pulmonoloqların və bronxoloqların hazırlanması istiqamətində əmək sərf edir. O, pulmonologiya və torakal cərrahiyyə üzrə metodik vəsaitlərin müəllifidir.
Professor M.Bağırov rekonstruktiv torakal cərrahiyyə üzrə dünyada aparıcı mütəxəssislərdən sayılır. Onun nailiyyətləri 300-dən çox elmi işdə əksini tapıb. 1997-ci ildə polmonologiya sahəsində xidmətlərinə görə M.Bağırov elm və texnika sahəsində Ukrayna dövlət mükafatına layiq görülüb, 2008-ci ildə ona Ukraynada elm və texnika üzrə əməkdar xadim fəxri adı verilib. Avropa Kardiotorakal Cərrahlar Assosiasiyasının, Amerika Kardiotorakal Cərrahlar Assosiasiyasının, Avropa Respirator Cəmiyyətinin üzvüdür. 1998-1999-cu illərdə Amerika və İngiltərə bioqrafiya cəmiyyətləri M.Bağırovu dünyanın 100 ən yaxşı həkimindən biri adlandırıb. 2012-ci ildə o, Amerika Bioqrafiya İnstitutu tərəfindən qızıl medalla təltif edilib.
Əslində, onun bu uğurlarının siyahısını artırmaq da olardı. Müsahibim bu uğurlarını Gəncədən başladığını söylədi…
“Cərrahlığın ilk incəliklərini Gəncədə öyrəndim”
M.Bağırov bildirib ki, institutu bitirdikdən sonra Gəncə şəhərinin müxtəlif xəstəxanalarında fəaliyyətə başlayıb: “Cərrahlığın ilk sirlərini də elə oradan öyrəndim. Bu şəhərlə bağlı xatirələrim çoxdur. Gəncədə cərrahlığı sevdirməsəydilər bəlkə də sonradan başqa istiqamətə gedərdim”.
Həkim bildirib ki, Gəncədən Kiyevə uzanan yol onu uğura aparan yol olub: “Sözsüz ki, gəncliyin öz arzuları, iddiaları olur. Mənim məqsədim öz peşəmdə peşəkar olmaq idi və buna nail olmaq üçün keşməkeşli yollar da keçmişəm. Əziyyətləri göz önünə alaraq bu yola çıxdım və uğur qazanacağıma əminlik mənə işimdə məsuliyyətli olmağıma kömək etdi”.
O deyir ki, Ukraynaya gəlişi təsadüfü olub: “Aspirantura üçün Ryazan şəhərinə getmişdim. Lakin Ryazan şəhəri xoşuma gəlmədiyi üçün Kiyevdə təhsilimi davam etdirmək qərarına gəldim. Aspiranturanı bitirdikdən sonra təyinatımı Bakıya verdilər. 1972-ci ildə təyinatımı Kiyevə dəyişdirmək üçün Moskvaya getdim və beləliklə, bu günə qədər Kiyev şəhərində işləyirəm”.
“28 yaşında ilk dəfə qida borusunun plastikası əməliyyatını etmişəm”
Professorun 6 monoqrafiyası, nəfəs orqanları və həzm sistemi xəstəliklərinin müayinəsi və müalicəsinin yeni üsullarına dair 22 müəlliflik şəhadətnaməsi və patenti var. Onun elmi tədqiqatlarının nəticələri Avropa Kardiotorakal Cərrahlar Assosiasiyası tərəfindən tanınır.
M.Bağırov qeyd edir ki, onun müəllimlərindən biri Ukraynanın tanınmış həkimi Nkolay Amosov olub. Aldığı savad və təcrübə əsasında M.Bağırov nəfəs yolunda 20-dən çox, bronxlarda 40-dan çox yeni əməliyyatlar aparıb, qırtlaq və nəfəs yolu keçidində uğurlu əməliyyatlar həyata keçirib. Həkim bu sahədəki uğurlu əməliyyatlara görə dünya səhiyyəsində monopoliyanı götürdüyünü deyib. Ona Azərbaycan, ABŞ, Yaponiya, Almaniya, MDB ölkələrindən ən ağır xəstələr müraciət edir.
Onun sözlərinə görə, 28 yaşında olarkən ilk dəfə qida borusunun plastikası əməliyyatını edib. Hazırda bronxların, traxeyaların, nəfəs yollarının plastikası əməliyyatlarını uğurla gerçəkləşdirir.
“İlkin mərhələdə aşkarlanan şişlərin əməliyyatından sonra xəstələr ən azı 10 il yaşayır”
30 ildən çoxdur Ukraynada ən ağır əməliyyatlar etdiyini deyən professor bildirib ki, il ərzində orta hesabla 500-ə qədər əməliyyat aparıb. M.Bağırov qeyd edib ki, ona müraciət edən xəstələrin 60 faizi nəfəs yolu, ağciyər, bronxların şişi ilə bağlı olur. İlkin vaxtda şiş müəyyən edildikdə, cərrahiyə yolu ilə həmin pasiyent ən azı 10 il yaşayır. Ona görə də insanlar müayinələrdən qaçmamalıdırlar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |