Şrift:
Naqasakinin meri Yaponiya hökumətindən vasitəçi olmağı xahiş edib
24.08.2017 [10:29] - Gündəm, Bildiriş
Naqasakinin meri Yaponiya hökumətindən bu yaxınlarda BMT-də qəbul edilən Nüvə Silahının Ləğvi Barədə Müqavilənin daha səmərəli olması üçün nüvə silahına sahib ölkələrlə bu silahın olmadığı ölkələr arasında vasitəçi olmağı xahiş edib.

Şəhərin meri Tomihişa Taue bu barədə məktubu Tokioda xarici işlər naziri Taro Konoya təqdim edib.

Nüvə silahına malik olan ABŞ və bu ölkənin nüvə çətirinə sığınan Yaponiya ötən ay BMT-də qəbul olunan Nüvə Silahının Ləğvi Barədə Müqaviləyə qoşulmaq niyyətində deyillər.

Taro Kono bildirib ki, ötən həftə ABŞ dövlət katibi Reks Tillersonla görüşü zamanı bu ölkəyə nüvə sınaqlarının ümumilikdə dayandırılması barədə müraciət edib. Nazir vəd edib ki, Yaponiya hökuməti nüvə silahının olmadığı dünyanın qurulması istiqamətində fəaliyyəti davam etdirəcək.

Görüşdən sonra juranlistlərlə görüşən Naqasakinin meri bildirib ki, nüvə silahının ləğvi barədə sənədin qəbulu heç də həmin silahın tamamilə yox olacağı demək deyil. Mer Yaponiya hökumətinin bu silahın daha səmərəli ləğvi yollarını müzakirə edəcəyini arzuladığını bildirib.
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed