16.10.2011 [12:10] - Gündəm
Fransa prezidenti Nikola Sarkozinin oktyabrın 6-7-də Ermənistana səfəri zamanı İrəvanda Türkiyə əleyhinə səsləndirdiyi fikirlərə etiraz əlaməti olaraq Türkiyənin İqdır şəhərində etiraz aksiyası keçirilib. Bir qrup şəxs üzərində «Qatil Sarkozi» yazılan maketi pəncərədən asıblar.
Xəbərə görə, aksiya iştirakçıları «Məhv olsun Sarkozi!» şüarları səsləndiriblər və Fransa prezidentini Ermənistana yaltaqlanmaqda ittiham ediblər. Aksiyada iştirak edən Dövlətlərarası Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin başçısı Göksel Gülbey Nikola Sarkozinin Fransada yaşayan 400 min erməniyə siyasi mesaj vermək istədiyini bildirib: «Sarkozinin tarixi bilmədən bu cür açıqlama verməsi doğru deyil. Bu, tarixçilərin işidir. Sarkozi Əlcəzairdə bir milyon insanı necə qətlə yetirməsindən danışsın. Sarkozi ermənilərdən 1992-ci ildə Azərbaycandakı soyqırımı kimlərin törətdiyi soruşsun. Sarkozi bu sözləri deyərkən ağlı başında olmayıb».

Bu xəbər oxucular tərəfindən 1158 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |