Şrift:
Fədakar tədqiqatçılarından birini itirdik
27.08.2017 [21:43] - Gündəm, Bildiriş, DAVAMın yazıları
Redaktoru və sahibi-imtiyazı Səid Ünsizadə (1825-1905) olan

"Ziya" qəzetinin (1879, yanvar,Tiflis - 1884,iyun,Tiflis)
fədakar tədqiqatçılarından birini itirdik



Fədakar tədqiqatçılarından birini itirdik



Uzun müddət idi ki,texniki imkanlardan uzaqda idim. Odur ki,yazılarımı oxuculara çatdıra bilmirdim.Bu gün bir neçə günlüyə Təbrizə qayıtmışm.FACEBOOKlu dostlarımın yazdıqlarına baxmaq istədim. Dostlarımdan biri oxuculara hamını sarsda bləcək bir xəbər göndərmişdir- ərəb qrafikalı əlifba ilə 1879,yanvar-1884,iyun tarixlərində Tiflisdə Azərbaycan dilində nəşr olunan "Ziya " qəzetinin bir çox nömrələrini müasir əlifbamıza transliterasiya edən Müştəba Əliyev dünyasını dəyişmişdir.
Kütləvi informasiya vasitələri də bu xəbəri öz səhifələrində yerləşdiriblər.

Veteran jurnalist, gözəl insan, Qarabağ dərdlisi, əsl vətəndaş Müştəba Əliyev 63 yaşında ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Onun həyatını xilas etmək üçün müvafiq təşkilatlar və dostları tərəfindən müəyyən fədakarlıqlar edilsə də, tanınmış jurnalisti,mətbuat tariximizin təəssübkeşini,yorulmaz tədqiqatçısını xilas etmək mümkün olmayıb.


Təəssüf...Təəssüf ki,yaşamaq arzusunda olan yaxşı adamları ölümün pəncəsindən qoparmaqda biz hələ də acizik.

Mən Müştəba Əliyevi şəxsən tanımırdım. Ancaq yazdıqlarını həmişə diqqətlə oxuyurdum.

Bizim müəyyən vaxtlarda ümumi iş birliyimiz olmuşdur. Müştəba müəllim də, mən də
müəyyən illərdə "Azərbaycan məktəbi "jurnalında məsul katib vəzifəsində işləmişik.

Təhsil Nazirliyinin bu jurnalı mətbuat tariximizin mötəbər nəşrlərindəndir. Şəxsən mən bu mətbuat orqanındal bir sıra akademiklərin yazılarının çap olunmasında xidməti olanlardan biri kimi həmişə yüksək qürur hissi keçirmişəm.

Bu jurnaldakı fəaliyyətim Təhsil Nazirliyi tərəfindən çox yüksək qiymətləndirilmiş, Təhsil nazirinin imzası ilə mənə nazirliyin Fəxri Fərmanı verilmişdir.

Mənə elə gəlir ki, bu silsilə elmi yazılar mətbuat rarixçilərimizin maraqla istinad etdikləri mənbələrdən biridir. Bu materiallar mətbuat tariximizi öyrənənlər üçün də faydalıdır.

Mən yazılarımı oxuyan bütün alim dostlarıma həmişə minnətdarlıqla yanaşıram. Belə yazılarımdan biri Müştəba Əliyeyin diqqətini cəlb etmişdi. O, adımı çəkməsə də İT-nin "Yeni gün" proqramında ərəb qrafikalı "Ziya" qəzetinin latın qrafikasına transliterasiya etdiyi nəşr haqqında çıxışında "Ziya"nın ilk nömrəsinin 1879-cu ilin yanvarında çıxmasını göstərənləri tənqid edirdi. (Mən də bu fikirdə israrlıyam və dəfələrlə bu məsələni - " Ziya" qəzetinin ilk nömrəsinin 1879-cu ilin yanvarında (islam tarixi ilə səfər ayının 14-də-N.N.) çıxdığını (bax - "Ziya" qəzeti, 19.11.1879,N 44)elmi ictimaiyyətin diqqətinə çatdırmışam-N.N.) .

Əslində yanılan müəllifin əməkdaşı olduğu AMEA -nın müvafiq elmi-tədqiqat institutu idi.İnstitutda 1879-cu ilin dekabrında çıxan 1-ci nömrəni "Ziya"nın ilk nömrəsi hesab etmişdilər. Transliterasiyada qəzetin ilk nömrəsinin 1879-cu il dekabrına aid olmasının söyləyənlər qəzetin islam təqvimi ilə çıxan ikinci sənəsinin (ilinin) birinci nömrəsinə əsaslanmışlar.

Yaxşı olardı ki, müzakirələrdə mətbuat tariximiz haqqında aparılan tədqiqatlar da nəzərə alınaydı.


Yeni nəşrdə vaxtilə edilmiş dolaşıq mütləq aradan qaldırılmalıdır. Faktı görmədən,yoxlamadan onu elmə gətirmək düzgün deyil.

Mən bu barədə Müştəba müəllimlə söhbət etmək istəsəm də, nədənsə ehtiyatlanırdım. Qorxurdum ki, kiminsə gördüyü iş qərəzçilik , paxıllıq kimi qiymətləndirilə bilər.

Mən bu fikirdəyəm ki,kiminsə çörəyinə bais olmaq ən zərərli adətlərdəndir.

Məni bu tənqddən çəkindirən həm də M.Əliyevin yazılarını müşayət edən portreti idi. Mən bu portretdə Müştəba Əliyevi həm cəıfakeş, həm də əzabkeş tədqiqatçı rolunda görürdüm.

Ərəb qrafikalı yazıları oxuyanlar bilir ki,bu iş cəhənnəm əzabıdır.Mənim gözlərimi korlayan ərəb qrafikalı yazılar olub.

Mən "Əkinçi"ni də,"Ziya"nı da, "Kəşkül"ü də orijinalından oxumuşam.O vaxtlar tranliterasiya olunmuş variantlar yox idi.

Müştəba Əliyev transliterasiya əzabına dözdü, pis işləmədi, "Tərəqqi " medalına layiq görüldü. Amma məsələ burasındadır ki, transliterasiya bir nəfərin işi olmamalıdır.Bu iş kollektiv yaradıcılıq işi olmalıdır. Mənə elə gəlir ki,Müştəba Əliyevin nəşrə hazırladığı "Ziya" da, bu qəzetin Akademianın diqqətindən yayınmış 46 nömrəsi də yeni nəşrdə cidвi redaktə olunmalıdır.

M.Əliyevin "Ziya"nın davamı olan "Ziyayi -Qafqasiyyə" qəzetinə aid hazırladığı transliterasiya materialları da ciddi şəkildə yoxlanılmalı, redaktə olunandan sonra nəşr olunmalıdır.

İnanıram ki,bu iş mətbuatımızın unudulmaz tədqiqatçısı Müştəba Əliyevin yaradıcı dostları tərəfindən uğurla görüləcəkdir.

Yazımın sonunda bir təklifimi də söyləmək istəyirəm.

Ərəb qrafikalı mətbu orqanların tarixini, dil və üslub xssusiyyətlərini öyrənən alimlərə, tədqiqatçılara Müştəba Əliyev adına mükafat verilməsi barədə düşünmək gərəkli görünür.


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Təbriz,
26.08.2017.
Bu xəbər oxucular tərəfindən 856 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed