Şrift:
Rusiya Türkiyəyə xəbərdarlıq edib
18.05.2012 [17:42] - Xəbərlər
Rusiya Türkiyəyə xəbərdarlıq edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Lukaçeviç bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya xarici siyasət idarəsi Türkiyədə Rusiyanın ərazi bütövlüyünü təhdid edən, iki ölkə arasındakı münasibətlərə kölgə salan tədbirlərin keçirilməsini qəbuledilməz sayır: “Mayın 12-13-də İstanbulda Qafqaz Forumu adı altında keçirilən tədbirdə Rusiya əleyhinə fikirlər səslənib. Tədbirdə terrorçu Doku Umarovun çağırışı, Rusiya və onun tərəfdarlarına qarşı mübarizə aparmaq kimi iki ölkə arasındakı münasibətlərə kölgə salacaq fikirlər səslənib. Üstəlik Türkiyə dövləti də bu tədbirin keçirilməsinə göz yumub. Bu, bizi çox təəssüfləndirdi. Biz Türkiyə dövlət rəsmilərinin bu cür tədbirlərin keçirilməsinə icazə verməsini istəyirik. Belə tədbirlər mövcud Rusiya-Türkiyə münasibətlərini korlaya bilər”.
A. Lukaşeviç mayın 12-də İstanbulda keçirilən başqa bir konfransda ruslar tərəfindən çərkəzlərə qarşı soyqırımı törədilməsi ilə bağlı fikirlər səsləndiyini qeyd edib: “Konfransda Rusiya işğalına qarşı Qafqaz Xalqları Konqresinin yaradılmasına qərar verilib. Bütün bunlar Moskva-Ankara münasibətlərinə zərər vurur”.
Bu xəbər oxucular tərəfindən 1259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed