Şrift:
Yanğın baş vermış hərbi hissənin ərazisində yaradılmış qərargahın toplantısı keçirilib
28.08.2017 [12:46] - Gündəm, Bildiriş
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən yaradılmış qərargahın toplantısı keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Növbəti dəfə əraziyə baxış keçirən müdafiə naziri, general-polkovnik Zakir Həsənov idarə və xidmət rəislərinin iştirakı ilə xidməti müşavirə keçirib. Müşavirədə digər dövlət qurumları ilə qarşılıqlı və əlaqəli fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş və tapşırıqlar verilib.

Hazırda partlayışın nəticələrinin aradan qaldırılması və digər məsələlərin araşdırılması istiqamətində işlər intensiv surətdə davam etdirilir.

Müdafiə Nazirliyi bildirir ki, utilləşmə məqsədilə hərbi hissənin ərazisinə toplanmış silah-sursat hazırda əhali, eləcə də şəxsi heyət üçün təhlükə yaratmır və partlamış köhnə sursatların Silahlı Qüvvələrin döyüş hazırlığına heç bir təsiri yoxdur.
Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed