Şrift:
Aprel döyüşlərində şəhid olan əsgərin xatirə lövhəsi açılıb
28.08.2017 [13:01] - Gündəm, Gənclik, Bildiriş
Xətai rayonundakı Cavanşir küçəsində ötən il aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Xaliq Əzizzadənin yaşadığı binaya xatirə lövhəsi vurulub.

Rayon icraiyyə hakimiyyətindən xəbər veriblər ki, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və YAP Xətai rayon təşkilatının üzvlərinin iştirakı ilə həmin münasibətlə keçilən tədbir mərhum döyüşçünün xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Milli Məclisin deputatları Səməd Seyidov, Qənirə Paşayeva, Adil Əliyev və Fuad Muradov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva və başqalarının çıxış edərək vurğulayıblar ki, aprel döyüşləri xalqımızın döyüş ruhunu və iradəsini, Azərbaycan ordusunun güc və qüdrətini göstərən qəhrəmanlıq tarixidir. Bu tarixi Xaliq və onun kimi Azərbaycan əsgərləri yazıb. Aprel döyüşləri xalqımızın mübarizə əzminin, döyüş qabiliyyətinin və zəfər çalmaq bacarığının nümayişinə çevrildi. Əbəs yerə deyildir ki, indi gənc nəsillər, torpaqlarımızın gənc müdafiəçiləri onların qəhrəmanlıq yollarını özləri üçün örnək seçərək Vətənin müdafiəsinə yollanırlar.

Natiqlər qeyd ediblər ki, ötən ilin aprelində azad edilən torpaqlarda bu gün yeni qəsəbələr salınır və 20 ildən çoxdur ki, öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər ilk dəfə olaraq doğma yurd-yuvalarına qayıdırlar. Elə buna görə də bütün Azərbaycan xalqı öz əsgərləri, igidlik göstərib şəhid olan Xaliq kimi oğulları ilə fəxr edir.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed