Şrift:
Ankarada keçirilən Güney Azərbaycan Forumu ilə bağlı maraqlı olan hər kəsin DİQQƏTİNƏ:
18.05.2012 [22:51] - Gənclik
Yaxın müddətə qədər Güney Azərbaycan adlı bölgənin harada yerləşdiyindən xəbəri belə olmayan təşkilatlar bu gün maddi dəstək aldıqları qərb dövlətlərinin İranla olan soyuq münasibətləri nəticəsində o dövlətlərin mənfəətinə uyğun gəldiyi üçün Güney Azərbaycan hərəkatına qoşulmaq qərarına gəliblər.

Biz Bütöv Azərbaycan birliyi üçün mübarizə apardığımızı dilə gətirdikcə bu qüvvələr sadəcə ''Müstəqil Güney Azərbaycan'' istəklərini utanmadan, qızarmadan, arsız və həyasızcasına ortaya qoyurlar. Azərbaycanın birləşməsindən, Bəsrə Körfəzindən Dəmirqapı Dərbəndə qədər uzanacaq Vahid Azərbaycanın potensial təhlükəsindən duyduqları narahatlıq, qərb qüvvələrini bu xaltası bərkimiş itləri Bütöv Azərbaycan Hərəkatına əngəl törətmək üçün hər dəfə qarşımıza çıxarmağa vadar edir. Bütöv Azərbaycana alternativ kimi önə sürdükləri Müstəqil Güney Azərbaycan, qurulacağı təqdirdə Qərb dövlətlərinin neft demokratiyasına qucaq açacaq bir dövlət olacaq, İraq müharibəsinin analoqu Azərbaycan torpaqlarında təkrarlanacaq, bəladan qurtula bilməyən bir millət yeni bir bəlaya düçar olacaqdır. Biz isə torpaqları bölünmüş, dili unutdurulmuş, milli mənşəyindən uzaq düşmüş, öz dilində danışmaq iqtidarı qalmamış bir millətin, əsgəri olduğumuz bir xalqın fərdləri kimi bu həyasız oyunlara, xain planlara, mənfur məqsədlərə qarşı çıxmaqda sonuna qədər haqlıyıq. Apardığımız mübarizənin adı Türkçülük, hədəfimiz Böyük Türk birliyi, bu hədəfə çatmaqda ən böyük vasitəmiz isə Bütöv Azərbaycandır. Dostumuzdan düşmənimizə, məmə yeyəndən pəpə deyənə qədər hər kəs, Turanın yolunun Bütöv Azərbaycandan keçdiyinin fərqindədir. Yenə hər kəsə məlumdur ki, Quzey Azərbaycan Cümhuriyyətinin ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin həlli də Güneylə Quzeyin birləşməsiylə mümkün ola bilər.

Sırf bu məqsədlə bəzi fədakar soydaşlarımızın təşəbbüsüylə 12 may 2012 tarixində Ankarada keçirilən Güney Azərbaycan Forumuna qatılmaq məqsədiylə Bakımızdan gələn şəxslərin böyük əksəriyyətinin Qərbçi təşkilatlara üzv olan Avro-mühitli şəxslər olduğunun şahidi olduq. Ermənilərlə əməkdaşlıq etməkdən çəkinməyən bu şəxslərin o forumda iştirak etməsindəki məqsəd Güney Azərbaycan hərəkatına Qərbin də maraqlı olduğunu vurğulamaq idi.

O Qərb ki, Xocalıda qətliam törədib Dağlıq Qarabağı işğal edən, Qarabağı "Artsax" adlandıran erməniləri, Kərkükdə Türkman qardaşlarımıza qarşı qətliam törədən və Güney Azərbaycanı ''Şərqi Kürdüstan'' adlandıran kürdləri, Kiprdə qətliam törədən və İstanbulu ''Konstantinopol" adlandıran yunanları əziz qonaq kimi himayə edir, bəsləyir, doydurur və hər fürsətdə üstümüzə göndərir. O Qərb ki, Dağlıq Qarabağ probleminin həllinə 20 ildir biganə qalır; ötən hər gün ermənilər tərəfindən Azərbaycan əsgərləri şəhid edildiyi halda hələ də ermənilərin lehinə qərarlar qəbul edir; Topxana meşəsinin kəsilməsinə, Azıx mağarasının yox edilməsinə, Ağdamdakı məscidlərin heyvan koması edilməsinə, Şuşadakı mədəniyyət abidələrimizin talan edilməsinə, əsirlikdə qalan soydaşlarımızın hər gün işkəncə görməsinə göz yumur. O Qərb ki, Azərbaycanımızın yeraltı və yerüstü sərvətlərinə olan iştahını Azərbaycana ''demokratiya gətirmək'' bəhanəsiylə gizlətməyə çalışır. Bu siyahını uzatmaq mümkündür dəyərli soydaşlar!Biz bu şər qüvvələrinin planlarını görməyəcək qədər kor deyilik. Avropa fondlarından aldıqları dəstəklə bu hərəkata qoşulmaq istəyənlərin səmimiyyətinə zərrə qədər etibarımız yoxdur!

Dünənki forumda bir çox dəyərli ziyalılarımızın, millət vəkillərimizin çıxışlarında dilə gətirdikləri Türkçülük, Bütöv Azərbaycançılıq, Turancılıq fikirləri bu avro-beyinli məxluqları o dərəcədə narahat etdi ki, İran adlanan yeri tənqid etmək əvəzinə bizə qarşı suçlamalar yönəltməyə başladılar. ''Biz Güney Azərbaycana Türkçülük, Turançılıq yox, demokratiya gətirmək niyyətindəyik'', ''Bizim bu yolda Türkçülük çizgisində irəliləməyimiz doğru deyil'', ''Türkçülüyün, Bütöv Azərbaycançılığın yolu Avropa dövlətlərinin, dünya siyasətinin yoluyla uyğun gəlmir'' kimi fikirlər səsləndirib hərəkatı başqa yönlərə çəkməyə çalışdılar. Ankaraya hansı məqsədlərlə gəldiklərini gizləməyə çalışsalar da biz aktyoru olduqları ssenarinin müəllifindən rejissoruna kimi hərkəsi yaxşı tanıyırıq.

Bizim yolumuz Bütöv Azərbaycan yoludur! İllər boyu verdiyimiz mübarizəmizdə yanımızda görmədiyimiz Qərb dövlətlərinin, Avropa fondlarının İranla münasibəti pisləşdi deyə bizə edəcəyi maddi-mənəvi hər cür köməyi rədd edirik! Səttarxanın, Pişəvərinin, Xiyabaninin verdiyi mübarizə Güney Azərbaycanın tam mərkəzində idi, Parisin rue Mandar prospektinin 14 nömrəli binasının 3-cü mərtəbəsində yox! Biz bu səhvə 500 il əvvəl, 1514-cü ildə Şah İsmayılın başçılığı altında yol verdik. Portuqallardan gələcək odlu silahların ümidiyilə Osmanlı qardaşlarımıza qarşı savaşa girdik, son anda portuqalların xəyanəti nəticəsində yenə qan axdı. İki tərəfdən də axan qan sadəcə Türkün qanı idi. Tarixdən dərs almağı bacaran Türk millətinin heç bir fərdi Avropanın, Qərbin saxta səmimiyyətinə inanmamalıdır. Bunların dostluğu səninlə işi bitənə qədərdir. Bunların şərəfi Quzey İraqda Türk əsgərinin başına keçirdikləri çuvalın fiziki ağırlığı qədərdir. Bunların namusu Səlib yürüyüşlərində təcavüz etdikləri Türk qadınlarının dırnağının tozu qədərdir. Bunların qeyrəti demokratiya bəhanəsiylə işğal etdikləri İraqın nefti, Əfqanıstanın heroini qədərdir. İnanmırıq, güvənmirik, etibar etmirik! Bizim əsas düşmənlərimizdən biri İran adlanan imperiyadır fəqət İrana düşmən olan keçmiş düşmənlərimizlə əməkdaşlıq edəcək qədər şərəfsiz, arsız, həyasız, ləyaqətsiz deyilik! Düşmənimizin düşməni bizim dostumuz deyil, rəqibimizdir!

Bir daha dilə gətiririk ki, bizim Güney Azərbaycan davamızın təməli Türkçülük fikrinə əsaslanır. Təbriz, Urmiyə, Ərdəbil bizim yolumuzu Azərbaycan bayraqları ilə gözləyir, 12 ulduzlu Avropa bayrağıyla yox! Traxtorun stadionuna toplaşan minlərlə Güney Azərbaycan Türkü həsrətlərini bozqurd işarələriylə ifadə edirlər, bunlar kimi avro-model şüarlarla yox! Bütöv Azərbaycan hərəkatına Türk olmaqdan başqa səbəblərlə qatılmaq istəyənləri rədd edəcəyik! Biz ən böyük, ən ali bir millətin fərdləri olaraq 4000 ildir Türk olmaqdan başqa səbəblərlə vətən və millət mübarizəsi aparmamışıq. Gələcək 4000 il boyunca da aparmağı düşünmürük!

Arsızlıqlarını, həyasızlıqlarını biz ortaya çıxardıqca bu avro-beyinlilər bizi Quzey Azərbaycan Cümhuriyyətinin hakim partiyası YAP'ın agenti olmaqla ittiham edir, böhtan atırlar. Azərbaycanda olan insan haqları pozuntularının məsuliyyətini biz daşımırıq. Heç bir siyasi partiyanın üzvü, dəstəkçisi, fəalı yaxud da namizədi deyilik. Heç bir siyasi liderin tələbəsi, Türk bayraqlarından başqa heç bir bayrağın daşıyıcısı, Türkçülük fikrindən başqa heç bir ideologiyanın carçısı, Bütöv Azərbaycandan, Turandan başqa heç bir yurdun sevdalısı deyilik! Quzey Azərbaycanda Türk millətinə qarşı olan hər cür repressiyanın, əziyyətin və haqsızlığın biz də qarşısındayıq. Amma mübarizəmiz də yenə Türkçülük fikrinin əsaslarına dayanır. Bu avro-beyinlilər kimi demokratiya pərdəsi altında işğalçı qərbin Azərbaycanla bağlı benzin siyasətinə çətir tutmuruq!

300 milyonluq Türk millətindən başqa heç bir qüvvənin dəstəyinə möhtac deyilik! Mübarizəmiz soysuzların əsarətindəki bütün Türk yurdlarının mübarizəsidir. Üsyanımız Qarabağın, Borçalının, Göyçənin, Dərbəndin, Təbrizin, Ərdəbilin, Urmiyənin, Kərkükün, Mosulun, Şərqi Türküstanın, Tatarıstanın, Başqurdistanın; bütün yurdlarımızın üsyan səsidir!

TURAN YOLUNDA BÜTÖV AZƏRBAYCANA DOĞRU!

TÜRK YURDUNDA TÜRK HAKİM OLANA QƏDƏR TÜRKÇÜLƏRİN SAVAŞI DAVAM EDƏCƏK!

Ozan Elmir Abbasoğlu

Ankara
Bu xəbər oxucular tərəfindən 2200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed