29.08.2017 [15:39] - Xəbərlər, İslam dini
Sentyabr ayının 1-də səhər saat 9:00-dan etibarən Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib. Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.
Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq: Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 (Keşlə bazarının yanı); Xətai rayonu, "Nargilə" kafesinin yanı; Səbail rayonu, Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi, 8 (Parkın yanı ); Yasamal rayonu, Şərifzadə küçəsi, 196 ("İdeal" şadlıq sarayının həyəti).

Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |