19.05.2012 [12:05] - Gündəm, Dərbənd
Bu gün səhər saatlarında Mahaçqalanın Kurov rayonunda qanunsuz silahlı birləşmə üzvlərinin zərərsizləşdirilməsi məqsədilə əməliyyat keçirilib.
Əməliyyat zamanı mayın 3-də Dağıstan paytaxtında törədilmiş partlayışlarda iştirak etmiş qruplaşmanın bir üzvü öldürülüb, digəri isə sağ ələ keçirilib. Xatırladaq 3 may terror aktları nəticəsində 13 nəfər həlak olub, onların əksəriyyəti polis əməkdaşlarıdır. Əməliyyatdan əvvəl terrorçuların gizləndiyi evdə 3 qadın və iki azyaşlı uşağın olduğu müəyyənləşib. Əlavə itkilərə yol verməmək üçün terrorçularla danışıqlara başlanılıb, nəticədə terrorçular qadın və uşaqları sərbəst buraxıblar. Daha sonra terrorçulara təslim olmaq təklif edilib, buna cavab olaraq silahlılar atəş açmağa başlayıblar. Ev hücumla ələ keçirilib, bir terrorçu öldürülüb, digəri sağ ələ keçirilib. Öldürülən şəxsin Buynaks sakini, 1992-ci il təvəllüdlü Mansur Mahmud Midal olduğu müəyyənləşib. Mansurun bundan əvvəl “Kaspi” qruplaşmasının üzvü olduğu, bir sıra ağır cinayətlərdə iştirak etdiyi bildirilir.

Bu xəbər oxucular tərəfindən 1707 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |