31.08.2017 [17:03] - Gündəm, DAVAMın yazıları
Bu gün yenə Qəbələyə gedirəm,
İsti ilə qələbəyə gedirəm.
Hazırladım tədarükü yola mən,
Nə deyirsən sən bu fikrə, bale-mən? (Mənim balam,əzizim-N.N.)
Bu yay yaman isti keçir,yandırır,
Külək bizdən uzaq durur,yan durur.
Hər bir fəslə hazırlaşmaq lazımdır,
Sanki bunu göylər bizə qandırır.
Pambığımız dünyaları bəzəyir,
Biz hələ də kimyadan don geyirik.
Buz bulaqlar axıb gedir havayı,
Biz istidə buz dondurma yeyirik.
Bu yerlərdə sərinkeşi görən az,
İstəyirsən sən adını rusca yaz.
Böyürtkəni qurtarsa da,armudu,
Var alması, şabalıdı, fındığı.
Hava sərin,yağış yağır, gün çıxır,
Gül-çiçəkdir hələ burda yol,cığır.
Tarix olan hər bir daşın tarixi
Nə tarixə,nə də kitaba sığır.
Yola düşüb, keçəcəyəm Cəngidən ,
Ola bilməz məni yolda ləngidən.
Baba yurdum Şamaxıya çatanda
Dönəcəyəm sol tərəfə döngədən.
Bu,Sabirdir, məqbərəsi təmirli,
Səsi çıxmır yatır burda sinirli.
Çəpərlənib beş,on yerlik qəbirlər.
Allah, bizə anlamağa səbir ver.
Bir başdaşı iki sotun içində,
Yer saxlanıb nəticələr üçün də.
Unutmayaq Parisdəki məzarı -
Üçü yatır bir məzarın içində.
Seyid Əzim Bakı tərəf boylanır,
Oglu üçün çox darıxır,xovflanır.
Evi çıxıb,evi gedib əlindən,
Ziyarətçi qəbristana yollanır.
Diqqətli ol,yol sürüşkən-Muğandır,
Yazıqları bu zəhrimar , bu andır
Az qalmışdı salsın pərən-pərənə,
Bu zəllzələ, vallah -billah yalandır.
Üstündəki adamların əlindən,
Yer oyanıb o yan,bu yan dönəndə,
Sanırlar ki,gəldi dünyanın sonu,
Ayılırlar yerin hirsi sönəndə.
Bax, burası, sağ tərəfdə Basqaldır,
Təbiəti başqa aləm, yüz haldır.
Gözlərinə gəlir işıq,gəlir güc,
Bacarırsan, 100 kiloluq daş qaldır.
Sulara bax Girdimana çatanda,
Yer dəyişir, göy dəyişir bir anda.
Lahıc yolu -sağa tərəf dönürsən...
Söz közərir Talıstana çatanda.
İsmayılli...Təhsilində uğur var,
Hər məktəbə bu yerlərən cığır var.
Bu cığırlar böyük yola çıxanda
Bilirsən ki,başlaında ağıl var.
Bax bu kəndin adı Qurbanəfəndi,
Gözəlliyi görmürsənsə, gözdəndir.
Turac Hilal çaldı,çapdı sözləri,
Yaxşı sözlər buna görə tükəndi.
Bu Topçudur,hərçənd topu yox onun,
Vəsfi düşüb tarixlərə çox , onun.
Meşə yolu...Ağacların sərgisi,
Bu da kəndi şair Musa Yaqubun,
Buynuz kəndi -tarixlərin şahidi,
Burda yoxdur söz -söhbətin vahidi.
Gücün çatmaz bəlkə onun vəsfinə,
O dünyadan çağır gəlsin Vahidi.
Yavaş-yavaş gəldik,çatdıq Bunuda,
Yox eləsi, bu yerləri birdəfəlik unuda.
Mənim lirik qəhrəmanım-Şamaxı,
İndi artıq görürsünüz onu da.
Bax,burası nurlu diyar Bunuddur,
Çağırışda "Bəli" ki var, Bunuddur.
Şair görsə, bu yerləri bir dəfə,
Hesab elə o,özünü unutdu.
İsti ilə qələbəyə gedirəm.
Hazırladım tədarükü yola mən,
Nə deyirsən sən bu fikrə, bale-mən? (Mənim balam,əzizim-N.N.)
Bu yay yaman isti keçir,yandırır,
Külək bizdən uzaq durur,yan durur.
Hər bir fəslə hazırlaşmaq lazımdır,
Sanki bunu göylər bizə qandırır.
Pambığımız dünyaları bəzəyir,
Biz hələ də kimyadan don geyirik.
Buz bulaqlar axıb gedir havayı,
Biz istidə buz dondurma yeyirik.
Bu yerlərdə sərinkeşi görən az,
İstəyirsən sən adını rusca yaz.
Böyürtkəni qurtarsa da,armudu,
Var alması, şabalıdı, fındığı.
Hava sərin,yağış yağır, gün çıxır,
Gül-çiçəkdir hələ burda yol,cığır.
Tarix olan hər bir daşın tarixi
Nə tarixə,nə də kitaba sığır.
Yola düşüb, keçəcəyəm Cəngidən ,
Ola bilməz məni yolda ləngidən.
Baba yurdum Şamaxıya çatanda
Dönəcəyəm sol tərəfə döngədən.
Bu,Sabirdir, məqbərəsi təmirli,
Səsi çıxmır yatır burda sinirli.
Çəpərlənib beş,on yerlik qəbirlər.
Allah, bizə anlamağa səbir ver.
Bir başdaşı iki sotun içində,
Yer saxlanıb nəticələr üçün də.
Unutmayaq Parisdəki məzarı -
Üçü yatır bir məzarın içində.
Seyid Əzim Bakı tərəf boylanır,
Oglu üçün çox darıxır,xovflanır.
Evi çıxıb,evi gedib əlindən,
Ziyarətçi qəbristana yollanır.
Diqqətli ol,yol sürüşkən-Muğandır,
Yazıqları bu zəhrimar , bu andır
Az qalmışdı salsın pərən-pərənə,
Bu zəllzələ, vallah -billah yalandır.
Üstündəki adamların əlindən,
Yer oyanıb o yan,bu yan dönəndə,
Sanırlar ki,gəldi dünyanın sonu,
Ayılırlar yerin hirsi sönəndə.
Bax, burası, sağ tərəfdə Basqaldır,
Təbiəti başqa aləm, yüz haldır.
Gözlərinə gəlir işıq,gəlir güc,
Bacarırsan, 100 kiloluq daş qaldır.
Sulara bax Girdimana çatanda,
Yer dəyişir, göy dəyişir bir anda.
Lahıc yolu -sağa tərəf dönürsən...
Söz közərir Talıstana çatanda.
İsmayılli...Təhsilində uğur var,
Hər məktəbə bu yerlərən cığır var.
Bu cığırlar böyük yola çıxanda
Bilirsən ki,başlaında ağıl var.
Bax bu kəndin adı Qurbanəfəndi,
Gözəlliyi görmürsənsə, gözdəndir.
Turac Hilal çaldı,çapdı sözləri,
Yaxşı sözlər buna görə tükəndi.
Bu Topçudur,hərçənd topu yox onun,
Vəsfi düşüb tarixlərə çox , onun.
Meşə yolu...Ağacların sərgisi,
Bu da kəndi şair Musa Yaqubun,
Buynuz kəndi -tarixlərin şahidi,
Burda yoxdur söz -söhbətin vahidi.
Gücün çatmaz bəlkə onun vəsfinə,
O dünyadan çağır gəlsin Vahidi.
Yavaş-yavaş gəldik,çatdıq Bunuda,
Yox eləsi, bu yerləri birdəfəlik unuda.
Mənim lirik qəhrəmanım-Şamaxı,
İndi artıq görürsünüz onu da.
Bax,burası nurlu diyar Bunuddur,
Çağırışda "Bəli" ki var, Bunuddur.
Şair görsə, bu yerləri bir dəfə,
Hesab elə o,özünü unutdu.
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |