Şrift:
Əxlaqsızılığı özünə peşə seçənlərə
19.05.2012 [16:07] - Hadisə
Heç təəcüblənmirəm. Nə bu ölkədə baş verənlərə, nə də insanların ikiüzlülüyünə...

Bu günlərdə Ankarada Cənubi Azərbaycan türklərininin I Forumu oldu. Çox uğurla keçdi. Forum haqqında, onun nəticələri haqqında daha ətraflı yazacam, amma öncə Forumda bəzi iştirak edən (əgər belə demək mümkünsə) insanların Bakıda verdiyi bəyənatlarla bağlı danışmaq istəyirəm.
Öncə onu qeyd edim ki, iki aydır tanıtımını apardığımız Forum İranın diqqət mərkəzində idi. Amma bəzi özünü millətçi adlandıran insanların İranın dəyirmanın su tökməsi onların da iç üzünü açıb göstərdi. Forumla bağlı dəvəti hamıya çatdırmışdım. Bircə Yeni Azərbaycan partiyasından başqa. Müsavat partiyası daxil olmaqla, dəvət etdiyim bütün siyasi və ictimai təşkilatlar da iştirak edəcəyinə söz vermişdi. Amma sonra maddi sıxıntıları əsas gətirərək bəzi təşkilatlar Foruma qatılmaqdan imtina etdi. Anlayışla qarşıladıq. Çünki yol pulu Forumun təşkilatçısı, Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmal Mehmethanoğlu tərəfindən ödənilsə də, otel və yemək pulu iştirakçıların özü tərəfindən qarşılanmalı idi. Amma Ankara Valiliyi tərəfindən Forumun keçirilməsinə qadağa qoyulması bir çox problemləri ortaya çıxardı. “Sürməli” Otel Foruma ev sahibliyi etməkdən imtian etdi, az qala öncədən gəlib yerləşənləri də oteldən kənarlaşdırırdı. Anlaşılmazlıq əsnasında Azərbaycandan gələn qrup da diqqətdən kənarda qaldı. Hamı əziyyət çəkdi, ac iki otel arasında qaçaqaça düşən qruplar arasında “qarın davası” döyənlərin bir çoxu Azərbaycan qrupundan idi. Heç olmasa “bu milli məsələdir, ac da qala bilərik”deyə bilən insanlara baxıb, kənara çəkilə bilərdilər. Zatən, məsələ həll olunandan sonra hər şey yoluna düşəcəkdi. Amma yox, dava salıb gərginliyi bir az da artırmağa üstünlük verdilər.
Amma bir daha elan edirəm, bütün toplanan pullar Cemal Mehmethanoluna verilmişdi. O da sonda yaranan rahatsızlıqlar üçün iştirakçılarda üzr istədi və hər kəsin pulunun geri qaytarılacağına söz verdi. Hə, bəziləri bunu orda “tapışdığı” kişilərlə gəzməyə getdiyi üçün eştiməmiş ola bilər. Amma şahidlər var. Hər kəsin önündə Cemal Mehmethanoğlu “sorumlu mənəm, Aynur İmranova ilə əlaqəsi yoxdur, və yemək pulları geri ödənəcək” dedi. Amma siz baxın o şikayət edənlər Forumun işində sonuna qədər iştirak etdilərmi? Görüşmələrini keçirdilər, televiziya çəkilişlərinə getdilər. Bir tək Forumda iştirak etmədilər. Mən israrla Cemal bəyə pullar qaytarılmasın desəm də o razı olmadı. Çünki hami bilir ki, 100-150 dollar Ankaraya heç yol pulu deyil. Bu insanların bəziləri gəldikləri tədbirdə sonuna qədər oturmayıblar belə. Nə isə.. Qurban olsunlar Cemal Mehmethanoğlunun ürəyinin böyüklüyünə, Bakıda gəlib ondan pullarını alarlar.
Amma bir məsələyə aydınlıq gətirim. Mən ordan Quşadasına Türk ocaqlarının 100 illik yubileyinə dəvət olunmuşdum, sonra da İzmirə 19 may bayramına. Bunu eşidən bəzi şəxslər niyəsə bunu mənə qarşı istifadə etmək qərarına gəliblər. Naşılıqdandır. Xəbərin nədənini araşdırmadan ittiham irəli sürməyə başqa ad vermək olmaz.
Son olaraq əxlaqsızlığı özünə sənət etmiş adamlara deyirəm ki, mən nə İstanbulda jurnalistəm, nə də işindən çox başqa işlərlə məşğul olduğu üçün onu işdən atan və mədəniyyət xatirinə susan bir qurum... Mən tolerantlıq göstərməyəcəm. Bu işdə haqsız olaraq mənim adımı çəkən hər kəslə məhkəmədə görüşəcəyik...
Bu xəbər oxucular tərəfindən 1482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed