Şrift:
Təbrizdə və Ərdəbildə iran rejiminin sifarişiilə bir qurup anti Azərbaycan aksiyası keçirilib
19.05.2012 [17:43] - Güney Azərbaycan xəbərləri
Mayın 18-də Ərdəbil və Təbriz şəhərində cümə namazına qatılan dindarların İran rejimini müdafiə edən hissəsi aksiya keçirərək Azərbaycan Respublikasının ev sahibliyi etdiyi Avroviziya 2012 mahnı yarışını pisləyiblər.
Aksiyada əsasən İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) təşkilatının üzvləri, hökumət tərəfdarı olan axundlar iştirak edib.

Onlar “Avrovizaiya” musiqi festivalı deyil, homoseksuallığı yaymaq festivalıdır”, “Bakını nəcasətə çəkməyin”, “Allah homoseksuallara və onlara dəstək verənlərə lənət etsin”, “Qarabağ homoseksualların rəqs və avazı ilə azad edilməz. Qarabağ “Aşura” mədəniyyəti ilə azad olar”, “Ölüm olsun sionizm nökərlərinə” və digər şüarlar səsləndiriblər, Bakıda keçiriləcək mahnı müsabiqəsinin dayandırmasını tələb ediblər.
Bu xəbər oxucular tərəfindən 1367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed