07.09.2017 [09:29] - Xəbərlər, Sağlıq
Yeməklərin dadına dad qatan sumaq mətbəximizin əsas ədviyyatlarından biri hesab olunur. Ağızlarının dadını bilənlər ət qutabı, lülə-kabab, qızardılmış ət və digər təamları sumaqla yeməyi xoşlayırlar.
250-yə yaxın növü olan bu ədviyyat Quba rayonunda da yetişir. Süfrələrə bəzək, yeməklərə isə xüsusi dad verən sumaq avqust və sentyabr aylarında toplanır.
Sumaq ağacının meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Yetişən xırda meyvələr qırmızı rəngə çalır. Yazlıq və payızlıq növü olan sumağın xüsusi yığılma və emal qaydaları var.
Hündürlüyü üç metrə çatan sumaq ağaclarına daha çox Quba rayonunun Zərqava inzibati ərazi dairəsinə aid dağlıq kəndlərdə rast gəlmək mümkündür. Bu ərazidəki Kələnov kəndinin sakinləri də uzun illərdir yabanı halda yayılan bitkinin meyvələrini toplayaraq gəlir əldə edirlər.
Kələnov kənd sakinləri deyir ki, bu bitkinin toplanması zamanı diqqətli olmaq lazımdır. Sumağı əlcəklə yığmaq məsləhətdir. Əks halda, bitkinin turşluğu əl və qol nahiyəsində yaralar əmələ gətirə bilər.
Bir insan ağaclardan gün ərzində 20 kiloqramadək sumaq meyvəsi yığa bilər ki, bundan da cəmi 3-4 kiloqram təmiz ədviyyat alınır.
Bitki yığıldıqdan sonra bir müddət qurudulur. Sonra həmin xammal döyülür və meyvələr zoğdan ayrılır. Meyvələr ikinci dəfə tam quruyanadək saxlanıldıqdan sonra yenidən emal olunur. Bunun üçün meyvələr xüsusi torbalara doldurularaq toxumlarından ayrılanadək əzilir. Əldə edilən məhsul ələkdən keçirildikdən sonra hazır vəziyyətə gəlir.
Böyük zəhmətlə ərsəyə gələn sumağın bir kiloqramı 15 manata, stəkanı isə iki manata satılır.
Yabanı sumaq bitkisinə Azərbaycanda Quba ilə yanaşı, Lənkəran, Göyçay, Şəki və Zaqatala rayonlarının dağ meşələrində də təsadüf edilir.
Sumaq meyvəsinin tərkibində 18–20 faiz aşılayıcı maddə, şəkər, üzvi turşular, C və K vitaminləri var. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyi zamanı içirlər.

Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |